Rusiyadan Türkiyəyə seçki bəyanatı
Kremlin sözçüsü Dmitriy Peskov Türkiyədəki seçkiləri dəyərləndirərək, "Kimin qalib gəldiyindən asılı olmayaraq, Rusiyanın Türkiyə ilə yaxın əməkdaşlığı davam edəcək" deyib. Türkiyədə dünən keçirilən prezident və parlament seçkilərindən sonra ilk açıqlama Rusiyadan gəlib.
Kremlin sözçüsü Dmitriy Peskov seçkilərlə bağlı verdiyi ilk açıqlamada, "Bizi enerji, turizm, ticarət, kənd təsərrüfatı, yol və hava nəqliyyatı və müxtəlif sahələrdə qarşılıqlı faydaya əsaslanan çox geniş əməkdaşlıq bağlayır. Bu əməkdaşlıq həqiqətən qarşılıqlıdır. həm türk xalqı, həm də ruslar üçün faydalıdır: "Buna görə də bu günlərdə Türkiyədən gələn xəbərləri maraqla və böyük diqqətlə izləyirik. Türk xalqının seçiminə hörmətlə yanaşırıq və hörmətlə yanaşacağıq". Türkiyədə seçkilərin şəffaflığına diqqət çəkən Peskov, "Kimin qalib gəldiyindən asılı olmayaraq, Rusiyanın Türkiyə ilə yaxın əməkdaşlığı davam edəcək. Türkiyə şəffaf seçki keçirə, qanunsuz hərəkətlərin qarşısını ala bilən yetkin demokratiyaya malik bir ölkədir" deyib.
Diana
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.