BƏYBALA MİRZƏYEV:
Kilid adam...
Bəli, həlledici məqama gəldik. Bəs bu məqamda son nöqtəni kim qoyacaq?
Hər halda Kamal Kılıçdaroğlu qoymayacaq. Seçkilərin ikinci turunda necə deyərlər, "i" hərfinin üzərinə nöqtəni qoymaq səlahiyyəti (və yaxud imkanı) “ATA İttifaqı”nın namizədi, Azərbaycan kökənli siyasətçi Sinan Oğan bəyə keçdi. O, bu seçkilərin "kilid adam"ı halına gəldi.
Əlbəttə, Sinan bəyin birinci turda olduğu kimi ikinci turda da prezident seçilmək şansı yoxdur. Lakin onun 5,22 faiz səs toplaması, hələ lap ilk başdan bu seçkilərin "autsayder"i sayılan Sinan Oğanı birdən-birə Türkiyədə seçki nəticələrinə birbaşa təsir edə biləcək bir nöqtəyə gətirdi. Və onun özünün də qeyd etdiyi kimi bu onun üçün həqiqətən də çox ciddi bir uğur sayıla bilər.
Otur ki, “ATA İttifaqı”nın təmsilçisi ikinci (həlledici) turda özündən öndəki iki namizəddən hansına dəstəyini ifadə edəcəksə, o da bu seçkinin favoriti sayılacaq və Türkiyə Cümhuriyyətinin qanuni, legitim dövlət başçısı olacaq.
Hazırkı psixoloji ovqata və siyasi duruma əsaslansaq çox güman ki, Sinan bəy Ərdoğanı dəstəkləyəcək. İstənilən adekvat siyasətçi Sinan bəyin yerində olsaydı məhz belə qərar qəbul edərdi. Çünki Kamal Kılıçdaroğlunu dəstəkləyən FETÖ və PKK-HDP quzğunları seçki ərəfəsində Məhərrəm İncə ilə bərabər, Sinan Oğana qarşı da olmazın iftiralara, çirkin təzyiqlərə yol verdilər. Odur ki, Kılıçdaroğlunun düşərgəsindən özünə qarşı bunca murdarlıqları görən Sinan Oğanın CHP liderini dəstəkləyəcəyinə inanmaq belə mümkün deyil. Sinan bəyi CHP liderinə dəstək verməkdən çəkindirəcək bir sürü başqa amillər də var.
Hərçənd ki, bu dəstəyi əldə etmək üçün Kılıçdaroğlu qarşıdakı günlərdə min oyundan çıxacaq. Axı Kılıçdaroğlu gerçək siyasi liderliyi bacarmasa da, "xamelyon"luğu çox yaxşı bacarır.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.