Karen Mirzoyan: Türkiyədə seçkidən sonrakı proseslər Azərbaycanın mövqeyini zəiflədəcək
Ermənilər Türkiyədə keçiriləcək prezident seçkisini diqqətlə izləyirlər. Qondarma "Arsax"ın keçmiş xarici işlər naziri deyib ki, Türkiyədə seçkidən sonrakı proseslər Azərbaycanın mövqeyini zəiflədəcək. Erməsnitan Ərdoğanın yenidən seçilməsini istəmir. Ərdoğan hakimiyyətdə qalsa belə, nəhəng daxili problemlər və əyalətlərdə, xüsusən də zəlzələ bölgəsində ağır sosial-iqtisadi vəziyyət fonunda Türkiyənin xarici siyasət fəaliyyəti azalacaq- deyə Karen Mirzoyan müsahibəsində deyib. Mirzoyan hesab edir ki, Türkiyədə hakimiyyət dəyişikliyi ona gətirib çıxaracaq ki, Azərbaycan-Türkiyə münasibətləri artıq əvvəlki kimi olmayacaq, çünki bu gün bu münasibətlər Ərdoğanla Əliyev arasında şəxsi münasibətlərə əsaslanır. Eyni zamanda Türkiyə Cənubi Qafqazda təsirini genişləndirmək üçün addımlarını davam etdirəcək. Eks-nazir əlavə edib ki, Ermənistan bu istiqamətdə addımlar atmalı, müxalifətlə işləməlidir, xüsusən də Ermənistan-Türkiyə münasibətlərinin normallaşması proseslərində iştirak etmiş insanların olduğunu nəzərə alsaq. Ərdoğanın qalib gələcəyindən olduqca narahat olan Ermənistan yaranılacaq fürsətdən də istifadə etməyə çalışacaq.
Umay
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.