Bürclərə inanmağa dəyərmi?
Müasir formada astrologiya - səma cisimlərinin yerinin insanın taleyini və şəxsi xüsusiyyətlərini təyin etməsi ideyası kimi - qədim Yunanıstanda yaranmışdır. Ancaq uzun tarixə baxmayaraq, onun işlədiyinə dair heç bir sübut yoxdur. 1985-ci ildə fizik Sean Carlsonun eksperimentinin nəticələri "Nature" elmi jurnalında dərc olunub. O, 30 nüfuzlu astroloqdan tanımadıqları 116 nəfərin doğuş cədvəlini - şəxsiyyət xüsusiyyətlərini təsvir edən fərdi ulduz falı hazırlamağı xahiş etdi. Hər şey hazır olduqdan sonra Carlson ikinci mərhələyə keçdi. O, astroloqlara bu 116 nəfərin hər birinin onları tanıyanların tərtib etdiyi üç xüsusiyyətini göstərdi. Onlardan ikisi saxta idi. Astroloqlar, tərtib etdikləri cədvəllərdən istifadə edərək, əsl xarakteristikanı seçməli idilər. Bu, nadir hallarda baş verdi - orta hesabla, yalnız üç vəziyyətdən birində. Əgər astroloqlar xüsusiyyətləri təsadüfi seçsəydilər, ehtimal nəzəriyyəsinə görə onların nəticəsi bundan pis olmazdı. Stressin astrologiyaya olan həvəsin əsas səbəbi olması faktını amerikalı psixoloq Qrem Taysonu ilk təklif edənlərdən biri olub. 1985-ci ildə o, münəccimlərin 67 daimi müştərisi ilə müsahibə apardı və məlum oldu ki, çoxları ulduzların proqnozunu dəqiqliklə şiddətli stressdən sonra öyrənməyə gəliblər. Psixoloqlar bunu onunla izah edirlər ki, ağır və uzun sürən stress nəticəsində bəzi insanlarda narahatlıq, özünə və öz qabiliyyətlərinə inamsızlıq, gələcək qorxusu yaranır. Astrologiya bu hisslərin öhdəsindən gəlməyə və çətinliklərə uyğunlaşmağa kömək edir, çünki istənilən hadisə üçün sadə izahatlar və göstərişlər verir. Problemlər və uğursuzluqlar, insanın heç bir şəkildə təsir edə bilməyəcəyi səma cisimlərinin uğursuz düzülüşü ilə izah olunur. Nə qədər ki, astrologiyaya maraq insanın gündəlik həyatına xələl gətirmir, heç bir eybi yoxdur. Bəzi alimlər hətta belə bir hobbinin bəzən faydalı olduğuna inanırlar.
Umay
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.