TAHİR ƏMİRASLANOV:
Dövlət Turizm Agentliyi nə bizə, nə Aşpazlar Gildiyasına dəstək olmayıb
AMKA-nın dəyərli üzvləri və İdarə heyətinin üzvləri. Sizin təkidinizlə 2024-cü ildə Ştudqartda keçiriləcək Dünya Kulinariya Olimpiadasında ( 4 ildən bir keçirilir) iştirak edəcək Milli komandalarımızın qeydiyyatı və maliyyəsi ilə bağlı məktubumuza , Tatarstanda ( Kazan)bu il 16-19 mayda keçirilən Beynəlxalq Halal mətbəx Çempionatında və Azərbaycan-Qarabağ mətbəxi günlərində iştirak edəcək Milli komandamıza dəstək və Nəşriyyatda kecən ildən yatan, Milli Mətbəx tariximizi əks etdirən kitabın çapına yenə yox cavabı aıdıq.
Dövlət Turizm Agentliyinin bu cavab məktubunda deyilir ki, 2023-cü ilin büdcəsində nəzərdə tutulmayıb. Halbuki Olimpiada 2024-cü ildədir.
Halbuki, WACS-ın 6-9 mayda Avstriyada Avropa qitə Konfransına yalnız Milli üzvlərin Prezidentləri dəvət edilir. Həm WACS həm Milli üzvlər QHT təşkilatı olmasına baxmayaraq Turizm Agentliyinin məmurunun ( nə səs vermək, nə söz demək, təklif vermək hüququ belə yoxdur) iştirakına büdcə var.
Son illər WACS-n bütün tədbirlərində məmurlarımız kef edir. Bu təşkilatın tarixində bunu heç bir ölkə məmurları etməyib. Biz burada ən “ öndəyik”.
Artıq bu Dünya birliyində bizə bununla bağlı söz atır, rişxənd edirlər.
Əl qərəz dəyərli həmkarlarım, daha üzv vurmayın ki,bu təşkilata müraciət edək. Yarandığı gündən Dövlət Turizm Agentliyi WACS-n və WICS-in Milli üzvü olan Milli Kulinariya Assosoyasiyasının onlarca məktubundan birinə də müsbət cavab verməyib.
İki nəfərin rəhbər olduğu təşkilatlardan başqa nə bizə, nə Aşpazlar Gildiyasına ,nə başqalarına dəstək olmayıblar.
Doğrudur hörmətli Səkinə xanım Avstriyada bizə dedi ki, İlkin Ələkbərovun komandasına bu ay Şarjada keçiriləcək Çempionata yardım edilir.
Xeyirli olsun.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.