HÜMBƏT QULİYEV:
Nəsiminin heykəli
Böyük rəssam Vaqif Nəzirovun bu gün doğum günüdür
Sumqayıtda dahi Nəsimiyə qoyulmuş heykəli hamınız görmüsünüz. İlk olaraq heykəl Nəsimi parkının girəcəyinə postamentsiz qoyulmuşdu. Sonradan əvvəlki yerindən 60- 70 metr məsafədə, əvvəlki yeri ilə
üzbəüz postamentə qoyuldu. Deməliyəm ki, mən bura çox yaxın yerdə yaşadığımdan buralarda tez- tez oluram. Heykəl təzə qoyulanda qonşular, dostlar məndən soruşardılar:- doktor, baba Nəsimi əllərini belə açıb nə demək istəyir? Ümumiyyətlə onun belə duruşunun anlamı nədir? Məndən bunu bir də ona görə soruşurdular ki, onlar mənim bu abidənin müəllifi, Sumqayıt şəhərinin baş rəssamı Vaqif Nəzirli ilə dost olduğumu bilirdilər.
Vaqif Nəzirli dünya çapında rəssam idi. Azərbaycanın bir çox yerlərində, xüsusən də, Sumqayıtın müxtəlif yerlərində onun əsərləri qoyulub. Sumqayıtın simvolu olan və onu bu şəhərlə birlikdə yaşadacaq təkcə Göyərçin abidəsini misal gətirmək kifayətdir.
Bu, çox böyük istedad sahibi ilə dostluğumuz tuturdu. O, hərdən bir möhtəşəm əsəri ilə iş otağıma gəlib deyərdi, Hümbət, bu əsəri heç kimə verə bilmərəm, bunu yalnız sən məndən almalısan. Bu səbəbdən iş otağımın divarlarını onun təkrarolunmaz rəsm əsərləri, pannoları bəzəyir. Son dəfə yenə şedevr bir pannosu ilə gəlmişdi. Azərbaycan bayrağının rənglərinə uyğun üç qaçan Qarabağ atları! Vaqif müəllim baxdı ki, daha divarlarda yer qalmayıb, mənə yavaşca dedi: - doktor, siz bu əsəri məndən alıb Sumqayıtın tarix muzeyinə hədiyyə etməlisiniz! Bu böyük insanla razılaşmamaq günah olardı, elə də etdik.
Hə, xatirə bir az uzağa apardı.
Məndən heykəl barədə soruşanlara deməyə öz versiyam da var idi, amma müəllifin öz versiyası olmalıdır axı? Böyük Nəsimi bizlərə nə demək istəyir?
Mesaj nədir?
Bir gün təsadüfən bu heykəlin yanında Vaqif müəllimi gördüm, qucaqlaşıb görüşdük.
Dedim:- Vaqif müəllim, hamı məndən soruşur ki, Nəsiminin heykəlini belə yaratmaqla nə demək istəmisiniz?
Təkrar edirəm, Nəsiminin heykəli əvvəl yerdən qoyulmuşdu, praktik olaraq elə üçümüz yanaşı dayanmışdıq: Nəsimi, Vaqif müəllim və mən. Vaqif müəllim mənim yaşadığım evi tanıyırdı, bizdə olmuşdu. Elə Nəsimi də üzünü mən yaşayan binaya tərəf tutmuşdu.
Vaqif müəllim özünəxas tərzdə gülərək dedi:- doktor, cavab çox sadədir . Üzünü Nəsiminin heykəlinə tutub; -görmürsən, deyir ki, Hümbət, haradasan, gəl çıx də!
Bil ki, o, sən tərəfə baxıb, həmişə səni burada gözləyəcək.
Gülüşdük...
Bu gün Nəsiminin heykəlinə yaxınlaşdım. İkimiz idik.
Nəsimi babamız əllərini daha da geniş açıb məndən öz müəllifini, Vaqif müəllimi soruşdu. Dedim ki, o böyük sənətkar artıq əbədiyyətə qovuşub. Allah ona rəhmət eləsin, ruhu şad olsun!
Nəsimi babamızla eyni anda ah çəkdik…
Heykəlin yeri dəyişdirildiyindən Nəsimi babamız artıq mənim yaşadığım tərəfə deyil, əks istiqamətdə, Vaqif müəllumin getdiyi istiqamətə baxır. Əbədi heykəl, öz əbədiyyətə qovuşmuş müəllifinin arxasınca elə əbədi olaraq da baxacaq…
Hümbət Həsənoğlu
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.