24 iyun 2025
• XƏBƏRLƏR ARXİVİ
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi

Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır

Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı

Ağdərə rayonu yenidən YARADILIR

Ağdərə rayonu yenidən YARADILIR

Psixotrop dərmanları almaq üçün saxta resept hazırlayan dəstə üzvləri tutulub +VİDEO

Psixotrop dərmanları almaq üçün saxta resept hazırlayan dəstə üzvləri tutulub +VİDEO

Narkotikin təsiri altında olan sürücü SAXLANILDI +VİDEO

Narkotikin təsiri altında olan sürücü SAXLANILDI +VİDEO

Saxta dollar satan dəstə üzvləri saxlanılıb +VİDEO

Saxta dollar satan dəstə üzvləri saxlanılıb +VİDEO

İnstitut direktoru prorektorun qətlini sifariş verdiyinə görə HƏBS EDİLDİ

İnstitut direktoru prorektorun qətlini sifariş verdiyinə görə HƏBS EDİLDİ

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

Heydər Əliyev və müstəqillik +FOTO=5

Heydər Əliyev və müstəqillik +FOTO=5

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

21-Cİ ƏSRİN 20 İLİ

21-Cİ ƏSRİN 20 İLİ

• Ordu-FHN
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Musiqi Şou Aləmi

1. Ana Səhifə
2. AZpress - ÖZƏL
1. Ana Səhifə
2. Mədəniyyət
1. Ana Səhifə
2. Musiqi - Şou Aləmi
AZpress - ÖZƏL Mədəniyyət Musiqi - Şou Aləmi

RÜSTƏM İSMAYILOV: Mən, sizin qarşınıza mahnılarımla gəldim!

2 il əvvəl 935 01

RÜSTƏM İSMAYILOV:

Mən, sizin qarşınıza mahnılarımla gəldim!

Bir gözəl yaz axşamı, may ayının 3-də, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının solisti Aynur İsgəndərli ilk möhtəşəm solo konsert  proqramı ilə tamaşaçıların qarşısına çıxdı. Konsertdən aldığım təəssürat o qədər böyük idi ki, onun  haqqında bir məqalə yazıb musiqisevərlərlə bölüşməyi qərara aldım.
Öncə  vurğulamaq istəyirəm ki, konsertə yığışan insanların arasında tanınmış musiqi xadimləri də var idi. Konsertin aparıçısı zalda əyləşən tamaşaçıları salamlayaraq R.Behbudov adına Dövlət Mahnı Teatrın nəzdində tarzən Mirxalid Salayevin rəhbərliyi altında  fəaliyyət göstərən instrumental ansamblı təqdim etdi. Ansamblın ifasında görkəmli bəstəkarımız Arif Məlikovun “Sehirli xalat” kinofilminə yazdığı musiqi əsasında gözəl kompozisiya səsləndirildi və bu  tamaşaçıları 70-80-ci illərdə yaradılmış  möhtəşəm musiqiyə köklədi. Ondan sonra sürəkli alqışlarla səsinin vurğunu olduğum muğənni Aynur İsgəndərli səhnəyə dəvət edildi və konsert başladı.
Qeyd etməliyəm ki, Aynur İsgəndərlinin musiqi istedadı çox erkən yaşlarından özünü büruzə verməyə başlamışdır və onun ilk müəllimləri valideynləri olmuşdur.Atası – tanınmış pianoçu Akif İsgəndərli və anası musiqişünas pianoçu İradə İsgəndərli olmuşdur. Konsertin başlanğıcında Aynurun ifa etdiyi Tofiq Quliyevin  Əliağa Kürçaylının sözlərinə yazdığı “Qüdrətli Azərbaycan” mahnısını məhz Akif müəllim özü royalda müşayiət etdi. Sonra heç ara vermədən Aynur İsgəndərli möhtəşəm səsilə ifalara davam etdi və sözün həqiqi mənasında oxudu... Repertuara daxil edilmiş biri-birindən gözəl mahnılar tamaşaçıları sanki 70-80-ci illərə qaytardı. Həmin zamanlarda sevimli müğənnilərimiz, əsrarəngiz və unudulmaz səsə malik olan Mirzə Babayev, Şövkət Ələkbərova, Gülağa Məmmədov,  Akif İslamzadə,  Flora Kərimova, Yalçın Rzazadə və digərləri tamaşaçıların zövqünü  oxşayan  mahnılarla dinləyiçiləri sözün əsl mənasında ovsunlayırdılar. Hətta mən konsert zamanı Aynurun məlahətli səsində unudulmaz sənətkarımız, lirik mahnıların ustası Şövkət Ələkbərovanın səs çalarlarını duydum və bu, təbii ki, təqlid deyildi,  bu Allahdan gənc müğənniyə verilmiş özəl səs tembridir.
Ümumiyyətlə, keçən əsrin 70-80-ci illərində mahnı yaradıçılığının inkişafında Azərbaycana rəhbərlik etmiş Ulu öndər Heydər Əliyevin olduqca böyük istiqamətverici rolu olmuşdur. Məhz Heydər Əliyevin tapşırığı ilə  1973-ci ildə KP MK qərarına əsasən “Respublikada kütləvi mahnıların inkişafında ciddi nöqsanlar” layihəsi qəbul edildi və bəstəkarlara zamanın tələbinə uyğun olan – gənclərimizin vətənpərvərlik ruhunu artıran, sadə insanların  əməyini tərənnüm edən və yüksək estetik zövqü formalaşdıran mahnıların yaranması tapşırılmışdır. Bunun nəticəsində  həmin illərdə S.Rüstəmov, H.Xanməmmədov, C.Cahangirov, T.Quliyev, R.Hacıyevin ənənələri davam edilərək Ş.Axundova, A.Məlikov, V.Adıgözəlov, R.Mirişli, O.Kazımi, E.İbrahimova, T.Hacıyev, E.Sabitoğlu  kimi bəstəkarların yüksək bədii zövqlü və  dərin məzmunlu  mahnıları yaranmağa başladı ki, onların hər birilə bugün də biz  fəxr edirik.
Aynur İsgəndərlinin peşəkar müğənni olaraq məhz “qızıl” fondumuza aid mahnılara müraciəti heyranlıq doğururdu. Müğənninin müasir ifasına rəğmən zaldakı tamaşaçıları sanki həmin  illərin abu-havasına qaytarır, hamını xəyalən keçmişə aparırdı. Tamaşaçıların sürəkli alqışlarından hiss olunurdu ki, müğənninin repertuar seçimi olduqca uğurlu alınmışdır, çünki ifa etdiyi hər bir musiqi nömrəsi onların ürəyindən xəbər verirdi.
Aynur İsgəndərlinin səsinin bəzi özəl xüsussiyətlərini xüsusi olaraq qeyd etmək istərdim. Bəlkə də çox nadir hallarda bir vokalistin geniş səs diapozonu ilə yanaşı ona milli musiqimizi səs tellərinin vibrasiyasının köməyi ilə bütün xırdalıqlarını  xanəndələrə xas olan tərzdə ifa etmək bacarığı qismət olur. Həmin konsertdə iştirak edənlərin arasında Aynur xanıma vaxtında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində estrada ifaçılığı üzrə dərs demiş bəstəkar və painoçu, Əməkdar incəsənət xadimi Vagif Gərayzadənin və peşəkar xanəndələrə (o cümlədən, Aynura) muğamın bütün sirrlərini aşılayan Qəzənfər Abbasovun zalda əyləşməsi onun  həyacanını və məsuliyyətini bir qədər də artırdı.  Lakin, Aynur səhnədə olarkən diqqətimi çəkən bir an oldu. Onun ifasında kiçik, amma çətin muğam parçasını  ürəkdən alqışlayan Qəzənfər müəllimin “Sən, muğam ifaçılığını da gözəl bacarırsan!” – kəlmələrini söyləməsi müğənninin həqiqətən də aşırı istedadlı olmasından və müəllimləri tərəfindən olduqca bəyənildiyindən xəbər verirdi. Mən isə həyəcanla Aynurun ifasını dinləyərkən düşünürdüm – necə olur ki,  diapozonu heç bir oktavaya çatmayan, gənclərimizin  zövgünü körlayan səviyyəsiz,  mənasız mahnıları “oxuyanlar” daha tez-tez TV kanallarına dəvət alır, nəinki Aynur kimi Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Vokal və opera hazırlığı” kafedrasını bitirənlər? Bu məsələni biz, peşəkar musiqişünaslar dəfələrlə qabartsaq  da,  təəssüf ki,  müsbət nəticəni əldə edə bilməmişik.
Təəssüflə qeyd etməliyəm ki, bu mənfi tendensiyada, əlbəttə ki, biz ziyalıların böyük payı vardır, çünki klassik ifaçıları və bəstəkar mahnıları hələ də demək yetərincə təbliğ edə bilməmişik. Bəlkə də yenidən görkəmli incəsənət xadimlərdən ibarət Bədii Şuranın yaranması zəruridir ki,  bununla bəzi qabaqlayıcı tədbirlərin görülməsini əldə etmək mümkün olar. Xalq mahnıları və bəstəkarların yaratdığı mahnıların təbliğində Aynur İsgəndərlinin də iştirak etdiyi və bir necə dəfə təşkil olunmuş “Azəri star” müsabiqəsinin rolunu göstərmək olar ki, bugün müasir estradamızda bir sıra gənc və istedadlı müğənnilərimizə həmin müsabiqənin xətti ilə peşəkar səhnəyə uğurlu yol açilmişdır.
Böyük həzz və zövq aldığım konsertdə Aynur İsgəndərlinin ifasında Əliağa Kürçaylının sözlərinə yazılmış Elza İbrahimovanın – “Mən sənin yanına qışda gəlirdim....”, musiqisi Oqtay Kazımi sözləri Əli Kərimiyə aid “Nə gəlməz oldun” mahnısı, musiqisi Ramiz Mirişlinin, sözləri İslam Səfərliyə aid “Bir könül sındırmışam”, musiqisi Emin Sabitoğlunun sözləri isə Vagif Səmədoğluna aid “Bəlkə” mahnısı, musiqisi İlahə Qismət sözləri Bəxtiyar Vahabzadənin olan “Nağıl gecəm” mahnısı duet üçün yazıldığına görə onu Aynur İsgəndərli ilə Rəşid Behbudov adına DMT solisti Fəxri Kazım Nicatla birgə ifa etdilər. Musiqisi Tofiq Quliyev, sözləri Zeynal Cabbarzadənin “İlk bahar” və digər populyar mahnıları, eləcə də,  musiqisi Billie Holiday, sozləri Artur Hersaka aid  “God Bless The Child”  caz kompozisiyasını(fortepianoda müşaiyət edən Ceyhun Əliyev)  Aynur məharətlə ifa etmişdir.
Aynur İsgəndərlinin həmin konsert zamanı həm də Azərbaycan klassik musiqisinə müraciəti təqdirə layiq idi.  Onun, Azərbaycanın məşhur bəstəkarı Fikrət Əmirovun “Sevil” operasından  Sevilin ariyasını ifa etməsi təsadüfi deyildir. Gənc müğənni eyni zamanda Ü.Hacıbəyli adına BMA-nın doktorantıdır və mənim rəhbərliyim altında  “Azərbaycan vokal sənətinin inkişafında Firəngiz Əhmədovanın rolu” sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsini alması üçün dissertasiya üzərində səylə çalışır. Məlumdur ki, Sevil obrazını ilk dəfə opera səhnəsində 1953-çü ildə SSRİ və Azərbaycanın Xalq artisti Firəngiz Əhmədova çanlandırmışdır. Aynurun məhz “Sevil” operasından bir ariyanı oxumasını bununla da izah etmək olar (onu fortepianoda  Respublika və Beynəlxalq müsabiqələr laureatı, pianoçu Heydərli Nigar müşayiət etdi).
Göründüyü kimi, Aynur İsgəndərlinin olduqca maraqlı və rəngarəng tərtib edilmiş konsert proqramı var idi və sonda musiqisi məşhur müğənnimiz Müslüm Maqomayevə sözləri isə Nəbi Xəzriyə aid “Azərbaycan” mahnısının ifası  ilə yekunlaşdı. Yeri gəlmişkən qeyd etməliyəm ki, A.İsgəndərli Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Orkestrinin solistidir. Buna görə konsertin bağlanışı üçün məhz həmin mahnının seçilməsi təsadüfi deyildir. Aynur bu  mahnını elə yüksək tonallıqda və pafosla ifa etdi ki, mən həyəcandan donub qalaraq öz heyranlığımı gizlədə bilmirdim. Mahnını dinləyən hər kəs müğənninin, həm xarakter baxımından, həm səsin ahəngindən, həm hərbi ruhda ifasından, həm yüksək tessiturada sərbəst gəzişməsindən olduqca məmnun qalaraq “Bravo!” sədaları altında gür alqışlarla sona qədər oxumasından ləzzət alaraq konsertin bitməsinə görə heyfslənirdilər. Arzu edirəm ki, belə möhtəşəm konsertlərin sayı daha da çox olsun və Aynur İsgəndərli kimi istedadlı gənc ifaçılarımızın çıxışlarını bildirən afişalar tez-tez şəhərimizi bəzətsin.

Ü.Hacıbəyli adına BMA-nın elmi-tədqiqat
laboratoriyasının müdiri, sənətşünaslıq üzrə
fəlsəfə doktoru, dosent: N.İsmayılzadə

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

Dilan Polatla bağlı bu görüntülər gündəm oldu +VİDEO

Dilan Polatla bağlı bu görüntülər gündəm oldu +VİDEO

John Doe 1 il əvvəl

“Zəfərin mübarək, Vətən!” adlı orqan musiqisi axşamı keçirilib +FOTO=5

“Zəfərin mübarək, Vətən!” adlı orqan musiqisi axşamı keçirilib +FOTO=5

John Doe 1 il əvvəl

Dilan-Engin Polat cütlüyünün 4 il əvvəl çəkdirdiyi foto GÜNDƏM OLDU +FOTO

Dilan-Engin Polat cütlüyünün 4 il əvvəl çəkdirdiyi foto GÜNDƏM OLDU +FOTO

John Doe 1 il əvvəl

Asiyanın ən gözəl qızı seçildi

Asiyanın ən gözəl qızı seçildi

John Doe 1 il əvvəl

Fenomen bacılar saxlanıldı

Fenomen bacılar saxlanıldı

John Doe 1 il əvvəl

Dilan Polatın cinayət işində yeni detallar üzə çıxdı

Dilan Polatın cinayət işində yeni detallar üzə çıxdı

John Doe 1 il əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

Naxçıvan Ordusunun ön xətt bölmələri qış mövsümünə tam hazırdır +VİDEO

Naxçıvan Ordusunun ön xətt bölmələri qış...

22 noyabr 2023 10:43:22
• İraq Prezidenti İçərişəhərdə +FOTO=9}

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

21 noyabr 2023 17:00:06
• Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı}

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçir...

21 noyabr 2023 12:59:11
• XİN-də Ermənistanın növbəti hərbi cinayət planları ilə bağlı brifinq keçirildi}

XİN-də Ermənistanın növbəti hərbi cinayət planları ilə bağlı...

20 noyabr 2023 22:58:49
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI

TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com