Asəf Quliyev:
SEPARATÇILARIN DAHA BIR NƏFƏSLIYI BAĞLANDI
BQXK maşınlarının sərhəddən keçidi ciddi yoxlama səbəbindən dayanıb
Laçın dəhlizinin Həkəri çayı üzərindəki sərhəd məntəqəsinin qurulmasından sonra rəsmi Bakı BQXK-nin Qarabağa Ermənistan ərazisindən gəlib-gedən avtomobillərinin ciddi yoxlanması prosedurunu tətbiq etməyə başlayıb.
Bu barədə həm Azərbaycanın rəsmi dairələrindən, həm də erməni mənbələrindən məlumatlar gəlir.
Erməni mənbələrindən gələn məlumata körə artıq BQXK avtomobillərinin sərhəd keçidləri dayandırılıb.
Çox maraqlıdır ki, nə Azərbaycanın rəsmiləri, nə çoxsaylı ekspertlər ordusu, nə də BQXK-nin Bakı və İrəvan ofisləri keçidlər zamanı yoxlama prosedurlarının necə olduğu barədə danışmağa həvəs göstərmir.
Yaranmış situasiyada görünən odur ki, rəsmi Bakı separatçıların daha bir nəfəsliyini bağlamaq qərarını verib. BQXK-nin avtomobilləri ciddi yoxlamadan keçəcək. Bu avtomobillərdə kimin keçdiyi əvvəlcədən hazırlanmış siyahı əsasında reallaşmayacaq. Keçən şəxslərin kimliyi yerindəcə sərhəd postunda yoxlanacaq.
P.S. Xatırladım ki, Şuşa yaxınlığında keçirilən aksiya zamanı BQXK-nin avtomobilləri çoxsaylı keçidlər edirdi. Lakin bu avtomobillərdə kimin keçdiyi heç bir formada yoxlanılmırdı. Sadəcə əvvəlcədən Azərbaycan tərəfinə belə bir keçidin ediləcəyi N sayda xəstənin aparılacağı barədə məlumat verilirdi.
P.P.S. Aksiya keçirildiyi müddətdə təkcə BQXK-nin avtomobilləri yox, üzərində PRESS yazılmış, Rusiya dövlət nömrə nişanlı avtomobillərdə keçid edirdi və bu avtomobillər də yoxlamadan keçmirdi.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.