24 iyun 2025
• XƏBƏRLƏR ARXİVİ
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi

Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır

Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı

Ağdərə rayonu yenidən YARADILIR

Ağdərə rayonu yenidən YARADILIR

Psixotrop dərmanları almaq üçün saxta resept hazırlayan dəstə üzvləri tutulub +VİDEO

Psixotrop dərmanları almaq üçün saxta resept hazırlayan dəstə üzvləri tutulub +VİDEO

Narkotikin təsiri altında olan sürücü SAXLANILDI +VİDEO

Narkotikin təsiri altında olan sürücü SAXLANILDI +VİDEO

Saxta dollar satan dəstə üzvləri saxlanılıb +VİDEO

Saxta dollar satan dəstə üzvləri saxlanılıb +VİDEO

İnstitut direktoru prorektorun qətlini sifariş verdiyinə görə HƏBS EDİLDİ

İnstitut direktoru prorektorun qətlini sifariş verdiyinə görə HƏBS EDİLDİ

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

Heydər Əliyev və müstəqillik +FOTO=5

Heydər Əliyev və müstəqillik +FOTO=5

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

21-Cİ ƏSRİN 20 İLİ

21-Cİ ƏSRİN 20 İLİ

• Ordu-FHN
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Musiqi Şou Aləmi

1. Ana Səhifə
2. YADA DÜŞƏN XATİRƏLƏR
1. Ana Səhifə
2. DÖVLƏTÇİLİK TARİXİ
1. Ana Səhifə
2. Mədəniyyət
YADA DÜŞƏN XATİRƏLƏR DÖVLƏTÇİLİK TARİXİ Mədəniyyət

Nəriman Qasımoğlu:  "HEYDƏR ƏLİYEVƏ ARXALANAN GƏNC AZƏRBAYCANLI MÜTƏRCİM

2 il əvvəl 880 01

Heydər Əliyev - 100

Aşağıda paylaşdığım qeydlər Liviyada işlədiyim dövrə (1980-1982) və Moskvada keçirilmiş Beynəlxalq Gənclər Gününə (1985) dair yazdığım xatirələrdəndir:

Nəriman Qasımoğlu:

"HEYDƏR ƏLİYEVƏ ARXALANAN GƏNC AZƏRBAYCANLI MÜTƏRCİM

...Bu arada Bakıya bir aylıq məzuniyyətə gəlmişəm. 1981-ci ilin may, yaxud iyun ayıdır.
Qasım Qasımzadə yazıçıların Şüvəlan yaradıcılıq evində Heydər Əliyevlə görüşündən mənə söhbət açır. Onun natiqliyindən, "Nə olar, qonşularımız kimi millət yolunda siz də bir yol cızığınızdan çıxın, uzaqbaşı bir partiya töhməti alarsınız, sonra da bu töhməti üstünüzdən silərik gedər" - deyə Azərbaycan yazıçılarını "milli qeyrətə" çağırışlarından danışır. Heydər Əliyevlə şəxsi təmaslarından bəzi epizodları da mənə xatırladır.
Azərbaycanın rayonlarına onu səfərləri zamanı müşayiət edərkən aralarında bir neçə dəfə maraqlı söhbətləri olmuşdu və bu söhbətlərin başlıca mövzusu millət məsələsi imiş. Yüksək partiya və dövlət postunu tutan şəxslə bu təmaslarından Qasım müəllim təsirlənmişdi, deyirdi "Heydər Əliyevi qorumaq lazımdır, Moskvada bizi gözügötürməyən o qədər adam var ki..." Şüvəlan yaradıcılıq evində Heydər Əliyevin yazıçılarımıza müraciətlə "Cənubi Azərbaycanda soydaşlarımızın milli-azadlıq mübarizəsinə dəstək üçün biz də üzərimizə düşən işi görməli, cənublu qardaşlarımızı lazımi ədəbiyyatla təmin etməliyik" sözləri də onun şəxsiyyətinə məndə rəğbət oyatmışdı.
Rəğbətimi artıran az müddət sonra Liviyaya qayıtdığımda Qasım müəllimdən aldığım məktub idi.
Yazırdı: "…Buradakı hadisə və yenilik Yazıçılar İttifaqının qurultayı oldu. Təəssüf ki, açılışında iştirak edə bilmədim. İkinci gün çıxışlar maraqlı keçdi. Məruzələr o qədər də sanballı deyilmiş. Elçininkini tərifləyirlər. Mənim də bir neçə dəfə adımı çəkibmiş (müsbət mənada). Sənin adın da ərəbcədən yeganə tərcüməçi kimi məruzəyə düşüb, təbrik edirəm. Gərək bu etimadı doğruldasan. İkinci gün Heydər Əliyev bütün günü, gecə seçki qurtaranadək qurultaydan getmədi. Kaş onun çox böyük müdrikliklə dediyi sözləri, replikaları eşidəydin. Dedi ki, millətin, xalqın mənafeyi yolunda yazıçılar, xüsusən adlı-sanlı sənətkarlar gərək fədakarlıq göstərsinlər. Füzulinin qəbrinin İraqda sökülüb sümüklərinin bir küncə yığılması ilə əlaqədar çox qəzəbli danışdı, dedi ki, orda-burda millətdən danışırsınız, ancaq işə gələndə fəaliyyət göztərmirsiniz (Q.Qasımzadə məktubunun bu yerində H.Əliyevin müraciət etdiyi bir neçə xalq şairi və yazıçısının adını çəkir - N.Q.). Hamıda böyük ruh yüksəkliyi yarandı. Başqa vacib mətləblərdən də ehtirasla danışdı…"
Məzuniyyətdən Liviyaya qayıtdığım gün H.Əliyevə dair Bakıda eşitdiklərimi mənimlə çalışan azərbaycanlı tərcüməçilərə danışıram. Tərcüməçilərdən biri mənim kurs yoldaşım A. idi. Atası, sonralar özü də DTK zabiti olan A. hazırda təqaüddədir. Mən H.Əliyevlə bağlı xoş təəssüratlarımı, o isə özü ilə H.Əliyevin portretini gətiribmiş Liviyaya. Ondan həmin portreti alıb surətini çıxardıram. Belə qərarlaşırıq ki, tərcüməçilərin mənim də əyləşdiyim otağında stolumun başı üstündə həmin portreti divara vuraq. Uşaqlara deyirəm:
-  "Dayday" (Təhlükəsizlik xidmətinin əməkdaşını öz aramızda belə çağırırdıq) da qoy öz payını götürsün, bizi arxasız bilib yeri gəldi-gəlmədi ilişməsin bizə.
H.Əliyevin portretini vururam ofisdəki otağımızın divarına. Otağa girib-çıxanlar portretə baxıb susurlar. Ancaq fərqindəyəm ki, bu qədər Politbüro üzvləri arasında yalnız onun şəklinin otağımızda olmasını milli təəssübkeşlik kimi dəyərləndirməyə də bilməzlər.
Otağımıza ara-sıra baş çəkən "dayday" da portreti narazı-narazı süzür, amma heç nə demir. Uşaqlara göz vururam ki, baxın, "dayday"ı belə oturdarlar yerində. Nə deyə bilər, hünəridir Politbüro üzvlüyünə namizədin şəklinə etiraz etsin.
Bir neçə gün keçir. Səhər işə gələndə görürük portret yerində deyil, çıxarıblar. Olsun. Surəti ki, var, təzəsini vurarıq. Yenə çıxarırlar. Yenə də vururuq, yenə də gizlicə çıxarırlar. Bilirik "dayday"ın işidir.
Məsləhət görürəm, H.Əliyevə qısqanmasınlar deyə  portretinin yanında Brejnevinkini də vuraq, bəlkə belədə sakitləşələr, portretə toxunmazlar. Edirik və ertəsi gün qarşılaşdığımız bu olur ki, H.Əliyevin portretini çıxarıblar, Brejnevin portreti isə yerindədir.
Uşaqlar zarafatla:
-  Hünərin var indi sən də Brejnevin portretini çıxar.
- Narahat olmayın, Brejnevin portretini divara mismarlamamışıq, skoçla vurmuşuq, mane olmayaq, bir müddətdən sonra özü düşəcək... İradəmizi dolayısı ilə olsa da, ifadə edə bildik, bu qədər də kifayət edər, - deyə özümə də, dostlarıma da təskinlik verirəm.
…"Dayday" da ki, əleyhimizə kompromat toplamağındadır. Bir səhər işə gecikmişəm. Tapşırıqların öhdəsindən yaxşı gəlirəm deyə irad tutan da yox. Günorta fasiləsindən sonra deyirlər, Oleq Davıdov gəlib Moskvadan, səninlə görüşmək istəyir. Oleq Dmitriyeviç o zaman "Atomenerqoeksport"un rəhbərlərindən biri idi. Sonralar Yeltsinin hakimiyyəti dövründə Rusiyanın Xarici İqtisadi Əlaqələr Naziri işlədi.
Görüşürük. İşə nə səbəbə gecikdiyimi soruşur. Hiss edirəm, soruşmağında bir ciddilik yox, bilirəm, mənə qarşı rəğbətlidir, haqqımda hər zaman xoş danışan da çox zaman odur. Amma təəccüb qalıram, nə əcəb ondan, məni qınayırmış kimi sorğuya tutub?!
- Yuxuya qalmışam, axşam işdən sonra karate məşqlərim olub, yorğun yatmışam, - deyə izahat verirəm.
Deyəsən karate söhbəti maraqlandırıb onu:
- Karate ilə niyə məşğul olursan?
Zarafata salıram:
- Karate ilə məşğul oluram ki, yeri gələndə kiməsə qarşı istifadə edə bilim.
- Axı kimə qarşı? Ümid edirəm özümüzünkülərə qarşı olmaz, yadların əleyhinə olar, - deyib gülümsünür.
- Yox, elə özümüzünkülərin də əleyhinə olar, işə gecikməyimi kim sizə satıbsa, konkret olaraq ona yaxşı bir karate zərbəsi endirərdim, - daydaya söz zərbəsini arxasınca da olsa endirmişəm deyəsən.
İstəyir üzünə ciddi ifadə versin, alınmır:
- Görürəm çox ərköyünsən, sizdə yazıçılar övladlarını belə ərköyün böyüdürlər? Kimə belə arxalanırsan?
Cavabım hazırdır, bir qədər də hərbçi intonasiyası ilə:
- Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosu üzvlüyünə namizəd, Azərbaycan KP MK-nın 1-ci katibi Heydər Əliyeviçə, - deyirəm.
Məni mənalı-mənalı süzüb mövzunu dəyişir..."
xxxxxxxxxxx
"...Hadisənin təntənəsini əks etdirən tədbirlərdən bəzilərini qeyd edim: festivalın məşəlini Kreml divarı ətrafındakı Məchul Əsgər Məzarının əbədi alovundan əfsanəvi hərbi pilot İvan Kojedub yandırır, oradan Lujniki stadionunadək bir əmək qəhrəmanı fəhlə ilə ilk kosmonavtın qızı Qalina Qaqarina gətirib çıxarır; saysız-hesabsız görüşlər, seminarlar, diskussiyalar, dəyirmi masalar, mitinqlər, peşəkar bədii kollektivlərin iştirakı ilə konsert proqramları, kütləvi gəzintilər, idman oyunları; Yer ətrafında dövrə vuran “Soyuz T-13” kosmik gəmisindəki kosmonavtlar V.Canıbekov və V.Savvinuxla kosmonavtika muzeyindən birbaşa efirə gedən tele-körpü; A.Karpov və digər şahmatçıların min şahmat taxtası üzərində eyni vaxtda seans oyunu; məşhur Daniya rəssamı Herluf Bidstrup və sovet rəssamı Tahir Salahovun ustad dərsləri; xeyli sayda unutduğum sairlər və ilaxirələr. Festival ərəfəsində müvafiq poçt markaları, 1 rubl dəyərində xatirə dəmir pul vahidi buraxılmış, dövlət lotereyasının xüsusi tirajı oynanılmış, yeddi min adda suvenirlər istehsal edilmiş, Moskva küçələrində 500-ədək rəngkarlıq panoları, bir o qədər də şüarlar və çağırışları əks etdirən iri mətnlər yerləşdirilmişdi.
Və bütün bu sadaladıqlarıma dövlət tərəfindən məsul tutulan Təşkilat Komitəsinə rəhbərlik SSRİ Nazirlər Kabinetinin müvafiq qərarına əsasən rəsmən Kabinet Sədrinin 1-ci müavini, Siyasi Büro üzvü Heydər Əliyevin öhdəsində idi. Bu faktın özü Moskvadakı azərbaycanlılarda fəxarət duyğusunu yaratmamış deyildi. Şübhəsiz ki, sovet rəhbərliyinə yenicə gəlmiş M.Qorbaçovla xoş olmayan münasibətlərinə baxmayaraq nəhəng təşkilati işə rəhbərliyin ona tapşırılması tutduğu vəzifə öhdəliyindən əlavə, şəksiz, təşkilatçılıq bacarığının nəzərə alınmasından irəli gəlirdi. Qəribədir ki, indi internetdə həmin hadisəyə aid məlumata heç bir axtarış resursunda rast gəlinmir. Rusiyanın internet qaynaqlarında belə bir faktın da üzərindən keçirlər ki, bir il sonra Kommunist Partiyasının 27-ci qurultayında MK-nın siyasi məruzəsinin hazırlanmasında H.Əliyevin rolu olub, həmin məruzə ətrafında Kremldə dünya jurnalistləri ilə böyük bir mətbuat konfransını məhz o keçirib. Bu sonuncuya televiziya vasitəsilə özüm şahidlik etmişəm. Onsuz da çat verməkdə, çökməkdə olan sovet sisteminin siyasi məruzədə əksini tapan “bəraətlərini” qərb jurnalistləri qarşısında müdafiə etmək xüsusi siyasi bacarıq tələb edirdi. Görünür, Siyasi Büroda bu işin öhdəsindən gələ biləcək başqa birisi yox idi ki, məhz onu qabağa vermişdilər...
"...O günlər beynəlxalq festivalın təşkilat komitəsinin sədri Heydər Əliyevə yeni sovet rəhbərliyinin qərəzli münasibəti haqqında qulağımıza sözlər gəlib çatırdı və düşünürdüm, Moskvanın televiziya ekranlarında get-gedə seyrək görüntülənən və Siyasi Büro karyerasının qürubunda olan H.Əliyev də, şəksiz, doğma Azərbaycanla yaşayır. Və heç zaman demədiyimi ilk dəfə elə buradaca etiraf edim ki, məhz onu nəzərdə tutaraq aşağıdakı sətirləri yazmışdım:

Çıx, günəş çıx, günəş!
Sən batanda qara geyir təbiət –
ağlayır dənizlər,
qəhərlənir meşələr,
hıçqırır bulaqlar,
yetimləşir düzlər,
sıxılır dağlar.
Çıx, günəş, çıx, günəş!
Sən batanda
meydan sulayır
siçovullar, siçanlar,
bayramlaşır işıqdan qaçanlar,
böyüklənir çeşid-çeşid cırtdanlar
baxıb-baxıb
ay işığında uzanan kölgəsinə.
Çıx, günəş, çıx, günəş!
Sən keçdikcə başımızın üstünə
şübhəmiz qalmayır heç nəyə daha,
artır ümidimiz sabaha,
əriyir bəlkələr,
qısalıb yox olur
ayağımıza dolaşan kölgələr".

Təqdim etdiyim foto 1990-cı ildə Naxçıvanda çəkilib. Soldan: Qasım Qasımzadə, Bəxtiyar Vahabzadə, Heydər Əliyev, Nəriman Həsənzadə, Rüstəm Əliyev.

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

“Nağıllar aləminə səyahət” layihəsinə yeni nağıl təqdim olundu +VİDEO

“Nağıllar aləminə səyahət” layihəsinə yeni nağıl təqdim olundu +VİDEO

John Doe 1 il əvvəl

BMA-da tələbələrin ifasında konsert keçirilib +FOTO=7

BMA-da tələbələrin ifasında konsert keçirilib +FOTO=7

John Doe 1 il əvvəl

Böyük rus dramaturqu A.N.Ostrovskinin 200 illik yubileyinə həsr olunmuş videoçarx hazırlandı +VİDEO

Böyük rus dramaturqu A.N.Ostrovskinin 200 illik yubileyinə həsr olunmuş videoçarx hazırlandı +VİDEO

John Doe 1 il əvvəl

BMA-da “Seçmə fənn: Bəstəkarlıq” fənni üzrə açıq dərsi keçirilib +FOTO=6

BMA-da “Seçmə fənn: Bəstəkarlıq” fənni üzrə açıq dərsi keçirilib +FOTO=6

John Doe 1 il əvvəl

Napoleonun papağı 1 milyona hərraca çıxarılacaq

Napoleonun papağı 1 milyona hərraca çıxarılacaq

John Doe 1 il əvvəl

“Zəfərin mübarək, Vətən!” adlı orqan musiqisi axşamı keçirilib +FOTO=5

“Zəfərin mübarək, Vətən!” adlı orqan musiqisi axşamı keçirilib +FOTO=5

John Doe 1 il əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

Naxçıvan Ordusunun ön xətt bölmələri qış mövsümünə tam hazırdır +VİDEO

Naxçıvan Ordusunun ön xətt bölmələri qış...

22 noyabr 2023 10:43:22
• İraq Prezidenti İçərişəhərdə +FOTO=9}

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

21 noyabr 2023 17:00:06
• Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı}

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçir...

21 noyabr 2023 12:59:11
• XİN-də Ermənistanın növbəti hərbi cinayət planları ilə bağlı brifinq keçirildi}

XİN-də Ermənistanın növbəti hərbi cinayət planları ilə bağlı...

20 noyabr 2023 22:58:49
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI

TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com