Mayın 9-da Rusiya prezidenti Vladimir Putin ənənəvi olaraq Qırmızı Meydanda Qələbə Paradında çıxış edib. O, ölkə vətəndaşlarını Qələbə günü münasibətilə təbrik edib, çıxışında Ukraynada keçirilən xüsusi əməliyyatı və onun iştirakçılarını ayrıca qeyd edib. O qeyd edib ki, istənilən üstünlük ideologiyası “öz təbiətinə görə iyrənc, cinayətkar və ölümcüldür". Putin əlavə edib ki, Qərbin qlobalist elitaları hələ də öz eksklüzivliyindən danışır, insanları çuxura salır, cəmiyyətləri parçalayır, çevrilişlər törədir, nifrət, rusofobiya, aqressiv millətçilik toxumu səpir, insanı şəxsiyyət edən ailə, ənənəvi dəyərləri məhv edir. Bu Rusiyaya qarşı açıq-aşkar yeni kampaniya hazırlayanların, bunun üçün dünyanın hər yerindən neonasist zibil toplayanların aşkar revanşizmidir. Burada sual yaranır. Putin Qərbi Ukraynaya dəstək göstərdiyi üçün günahlandırır amma özünün göstərdiyi vəhşiliyi nə üçün demir...? Ukraynanı bütövlükdə işğal etmək niyyətindən nə üçün əl çəkmir... Düzdür, Ukrayna burada sadəcə fiqurdur. Müharibə hegemonların arasında gedir. Rusiya əlbəttə, tək Ukrayna deyil, Ukrayna ilə ittifaq yaradan ölkələrlə savaşır. Uduzmağa davam etsə belə yenə də çirkin niyyətindən əl çəkməyərək prezident Qırmızı meydandan "Rusiya üçün! Qələbə üçün! Yaşasın!" bir daha söylədi.
UMAY
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.