Bu şəkil Bakı İnzibati məhkəməsinin binasının şəklidir. Bu binanın içində hakimlər olur və onlar mülkü məsələlərə-zada baxırlar. Zadı bilmirəm, mülkü məsələlərə elə belə baxırlar, məsələn məhkəmənin hakimi Səlma Salahova kimi. Aprel ayının 12-də bu hakim xanım mənim iddiama baxıb, iddianı burun dəsmalına silirmiş kimi hörmətsizcəsinə fınxırıb atıb bir yana. Düz bir aydır ki, məhkəmənin qərarı çatdırılmayıb. Niyə? Nə üçün axı bu zənən xeylağı işinə belə soyuq münasibət bəsləyir? 28 ildir yaşadığım, komunal xərclərini ödədiyim, texniki pasportu olan evimə məni niyə qeydiyyata salmaq üçün qərrar qəbul etmir? Bu sualın cavabını kim verəcək, görəsən?
ŞƏRHdən:
Husame Bin Serxan:
Qardaş, sanki sən nəyisə gizlədirsən eee... Doğrusuna qalanda, mən də sənə mülkiyyət hüququ tanımazdım. Çünki iddia tələbin doğru deyil. Yazıq hakim neyləsin? Yəniko, 35 ildi dənizdə yaşayan, bu günə kimi "kimliyi" təyin olunmayan bir dəniz varlığına necə quruda mülkiyyət hüququ tanısın?! Sənin tək yolun Xəzər dənizin məhkəməyə verməkdi. Şükür allaha, səni dənizdə tanımayan yoxdu. İnan mənə, əgər dediyimi etsən, qağayılardan tutmuş nərə balığlarına qədər - bütün dəniz heyvanları və həşaratları, hətta neft-qaz buruqları belə yanında olacaq. Üstəlik, Xəzərin əsəbləşib dağıdıcı dalğaları ilə paytaxta hücum etmək ehtimalı da var. Əgər quruda yaşayanlara qalib gəlməkdə israrlısansa, tək çarən budu.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.