ARAZ MƏMMƏDOV:
“Azərbaycan deyəndə səni düşünürük biz!” adlı tədbir keçirildi
Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində 04 may 2023-cü il tarixində müstəqil Azərbaycan dövlətinin qurucusu, azərbaycançılıq ideologiyasının banisi, görkəmli dövlət xadimi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Azərbaycan deyəndə səni düşünürük biz!” adlı tədbir keçirildi.
Muzeyin “Heydər Əliyev və Azərbaycan” adlı layihəsi çərçivəsində baş tutan növbəti tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında 29 sentyabr 2022-ci il tarixli Sərəncamına müvafiq təşkil olunmuşdur.
Tədbir çərçivəsində Ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyətindən bəhs edən mühazirə dinlənildi, həmçinin dahi siyasətçinin ictimai-siyasi fəaliyyətini təcəssüm etdirən videoçarx nümayiş olundu. Ardınca Bakı Musiqi Akademiyasının tələbələri Ulu Öndərə ithaf olunmuş konsert proqramı ilə çıxış etdilər.
Tədbirin auditoriyası Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbələrindən, muzey əməkdaşlarından və media nümayəndələrindən ibarət idi.
Sonda xatirə şəkli çəkildi.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.