Haylara sülhsevərlərin dərsi
Bildiyimiz kimi, ABŞ-da Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında danışıqlar davam edib. Mənbələr bildirir ki, Blinken Bayramov və Mirzoyanla görüşü zamanı Dağlıq Qarabağı Ermənistanla birləşdirən yeganə yol olan Laçın dəhlizi ilə insanların və yüklərin sərbəst hərəkətinin bərpa olunmasının vacibliyini qeyd edib. ABŞ dövlət katibi Azərbaycanın Laçın yolunda keçid məntəqəsi yaratmasını qanunsuz hesab edir. Bakının reaksiyası olduğu kimi qaldı: keçid məntəqəsi yükdaşımaların şəffaflığına zəmanət vermək üçün açılıb ki, Qarabağa silahlar çatdırılmasın. Erməni analitik Boris Navasardyan sosial şəbəkələrdə qeyd edib ki, erməni tərəfi başa düşməlidir ki, bu keçid məntəqəsi çoxdan quraşdırılıb. O, yalnız ərazi transformasiyalarına səbəb olacaq yeni müharibə zamanı yox olacaq. Hər zaman olduğu kimi Ermənistan yenə də əməllərindən əl çəkməməkdə israrlıdır. Heç bir tənqid Azərbaycanı bu keçid məntəqəsini ləğv etməyə məcbur edə bilməyəcək. Ermənistan tərəfi Azərbaycanla razılığa gəlməli və öhdəliklərini yerinə yetirməlidir. ABŞ Dövlət Departamentinin danışıqlar üzrə baş müşaviri Lui Bono bildirib ki, Vaşinqton Cənubi Qafqaz üçün dinc, demokratik və firavan gələcəyə sadiqdir və birbaşa dialoqu alqışlayır. Onun sözlərinə görə, hazırda mürəkkəb və hərtərəfli proses gedir və təsadüfi deyil ki, Bayramovla Mirzoyanın müzakirə etdiyi sənəd “Münasibətlərin tənzimlənməsi haqqında saziş” adlanır. Vaşinqtonun əsas məqsədi “davamlı, balanslı və ləyaqətli sülhə nail olmaq üçün platforma yaratmaqdır”. “Əsas odur ki, tərəflər bir-biri ilə ünsiyyətdə olsunlar. Və onun harada - Vaşinqtonda, Brüsseldə və ya Moskvada baş tutmasının əhəmiyyəti yoxdur "deyə Dövlət Departamentinin nümayəndəsi vurğulayıb. Konflikt uzun sürməyəcək. Tezliklə Ermənistan Azərbaycanən ərazi bütövlüyünü tanımalı və Bakının gündəliyini qəbul etməlidir.
UMAY
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.