ETİBAR HÜSEYNOV:
İndinin uşaqları "quru süd", "pampers"lə böyümüş yarımcan, "amanat" şeylərdi
Təbii ki, faciə baş verib. Və səbəbkar öz cəzasını alacaq. Ancaq videodan da görünür ki, məşqçi uşağı qəsdən və ya hansısa başqa səbəbdən vurub öldürmür. Və nəzərə alaq ki, hadisə də hansısa "rəqs dərnəyi"ndə və ya orta məktəbdə dərs vaxtı deyil, ağır idman növlərindən sayılan "sambo-cüdo"nun məşqləri zamanı baş verib. Ona görə də bilirsiz əsl səbəb nədir? Səbəb odur ki, bizdə evin oğlan uşağı bir az "panpax", əfəl və ya necə deyərlər- diribaş olmayanda onu adətən tanış bir idman müəlliminin yanına qoyurlar ki, " bunu bərkə-boşa salıb, "kişi" elə". Və yaxud da evin uşağı bir qədər diribaş olanda yenə də idmana qoyub müəllimə deyirlər ki, "bunu mələdə-mələdə də olsa gələcəyin çempionu elə". Məşqçilər də hər iki halda uşağı maksimum yükə salıb onun "canını bərkitməyə" hədəflənirlər. Eynən Van Damın, Brüs Linin qəhrəmanları kimi. Amma nəzərə almırlar ki, indinin əksəriyyəti keyserlə doğulub, "quru süd", "pampers"lə böyümüş uşaqları yarımcan, "amanat" şeylərdi. Onlarda ağır fiziki təlimlərə tab gətirəcək can yoxdur. Bax o uşaq da bu təfəkkürün qurbanı oldu.
(Eyni halı "qimnastikaya", baletə (xoreoqrafiya məktəbinə) qoyulan qız uşaqları da yaşayır). Yoxsa ki, o boyda adam "qılçası boyda" uşağı durduğu yerdə niyə vurub öldürsün ki? Allah valideynlərinə səbr versin..
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.