Kürdəmirdə Xalq yazıçısı Anarın 85 illik yubileyi münasibətilə tədbir keçirilib
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran Regional filialı tərəfindən Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın 85 illik yubileyi münasibətilə tədbir keçirilib.
Kürdəmir şəhərindəki Heydər Əliyev Mərkəzində təşkil olunan tədbiri giriş sözü ilə muzeyin Aran Regional filialının müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı açaraq yazıçının həyatı, bədii və ictimai yaradıcılığı haqqında məlumat verib. O, Xalq yazıçısı Anarın yaradıcılığının müasirliyindən, realizmindən, yazıçının bir cümlə ilə, bir abzas ilə güclü emosional təsir oyatmaq, ənənəvi yazı üslubundan çıxaraq yeni, güclü, metaforalara, bənzətmələrə, üslub və kompozisiya elementlərinə geniş yer vermək bacarığından bəhs edib.
Daha sonra çıxış edən Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov xalqımızın misilsiz sərvətimiz olan klassik irsə, ümumən bədii ədəbiyyata xüsusi önəm verməsindən, eləcə də yazıçı və şairlərin xalqın şüurunda milli hissiyyatı oyatmaq kimi böyük xidmətlərindən danışıb. Elxan İbrahimov Anarın Azərbaycan ədəbiyyatının, mədəniyyətinin inkişafında danılmaz rolundan söz açıb.
Yubiley tədbirində Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək bir yazıçı, esseist, kino xadimi kimi Anarın öz yaradıcılığında müasir sənətin bir sıra xüsusiyyətlərini birləşdirdiyini, onun yeni məzmunlu, yüksək realistik mövqeli, geniş miqyaslı sənətin ön sıralarında mövqe tutduğunu vurğulayıb.
Azərbaycan Mətbuat Şurasının sədri, "525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid isə çıxışında Anarın vətənimizdə, eləcə də onun sərhədlərindən kənarda əcnəbi dillərdə 100-ə yaxın kitabının çap olunduğunu diqqətə çatdırıb. O, Xalq yazıçısının əsərlərində dövrünün ən aktual problemlərini qaldırdığını, Anar yaradıcılığı haqqında ölkəmizdə və dünyanın müxtəlif ölkələrində çoxsaylı məqalələrin dərc olunduğunu bildirib.
Tədbirdə AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli, teatr və kino aktyoru, Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Fəxrəddin Manafov, "Qobustan" jurnalının baş redaktoru, yazıçı, tədqiqatçı Pərvin Nurəliyeva çıxış edərək yazıçının ədəbiyyat, publisistka və kino sahəsindəki zəngin yaradıcılığından bəhs edib, Anarı 85 illik yubileyi münasibəti ilə təbrik ediblər.
Bildirilib ki, Anarın yaradıcılığının əhatə dairəsi və onun əsərlərinin yayılma coğrafiyası çox genişdir. O, 85 yaşa çatsa da, öz yaradıcılığını daim uğurla inkişaf etdirir.
Daha sonra yazıçının əsərləri əsasında çəkilmiş “Evləri köndələn yar” tamaşasından, “Təhminə və Zaur”, “Dədə Qorqud”, “Üzeyir ömrü” filmlərindən qısa epizodlar nümayiş etdirilib.
Sonda Xalq yazıçısı Anar çıxış edərək tədbirin təşkilatçılarına və çıxış edən hər kəsə dərin təşəkkürünü bildirib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.