Xeyransa İSMAYIL:
Ermənilərin “Naxçıvan-tarixi erməni torpaqlarıdır” mifi
"Google"da araştırmaya başlamışdım. Qarşıma həm maraqlı, bir o qədər də gülünc məqalə çıxdı. Rusiyaya məxsus saytların birində "Азербайджан уничтожил все армянские памятники в Нахичеване", başlıqlı məqalə ilə qarşılaşdım. Maraq üçün oxumağa başladım. İlk abzası oxuyum deyirdim, kinayəli gülüş öz işinə başladı. İlk abzasda deyilir: “Caucasus Heritage Watch” təşkilatının məlumatına görə, Naxçıvan Muxtar Respublikasındakı erməni abidələrinin 98%-i Azərbaycan tərəfindən dağıdılıb. Onun araşdırmasına görə, 1997-2011-ci illər arasında azərbaycanlılar regionda ən azı 108 erməni monastırını, kilsəsini və qəbiristanlığını dağıdıb və ya partladıblar. Məqalə daha da maraqlı hal almağa başladı. Düşündüm sona kimi oxuyum. Təşkilatın tədqiqatçıları qeyd edirlər ki, azərbaycanlılar Naxçıvanda tapdıqları bütün erməni abidələrini dağıdıblar. 98 faizi yalnız statistik dəqiqlik üçün verilmişdir. Təşkilat hesab edir ki, azərbaycanlılar bəzi, çox az sayda abidənin xarabalıqlarını görə bilməyiblər - onlar elə baxımsız vəziyyətdədirlər ki, onların erməni olduğunu müəyyən etmək mümkün deyil. “2011-ci ilə qədər ermənilərin Naxçıvanda olmasının bütün fiziki izləri, nadir istisnalar istisna olmaqla, praktiki olaraq yoxa çıxıb və sonra, görünür, onlar qəsdən deyil, nəzarət nəticəsində baş verib”, - hesabatda deyilir. Məqalədə qeyd olunur ki, Naxçıvandakı kilsə, monastır və qəbiristanlıqların siyahısını tərtib etmək şəhərşünaslıq və ekologiya üzrə mütəxəssis, tədqiqatçı Xusik Qulyana həvalə edilib. Eyni zamanda, o, erməni tarixçisi Arqam Ayvazyanın əsərlərinə əsaslanıb. Qulyan əlavə edib ki, “Siyahı tərtib etdikdən sonra mən Rusiya imperiyasının və SSRİ-nin hərbi topoqrafik xəritələrindən, Ayvazyanın əsərlərində tapılan bu obyektlərin yeri haqqında təsviri məlumatlardan, həmin obyektlərin arxiv şəkillərindən, habelə bu obyektlərin yerini dəqiq müəyyənləşdirməyə çalışdım. 1970-1970-ci və 1980-ci illərin ABŞ-ın peyk şəkilləri kimi məxfiliyi silindi”. Ermənilər vurğulayır ki, Naxçıvanda erməni irsinin məhv edilməsi mədəni silinmənin narahatedici yeni modelini göstərir.
Naxçıvan qədim Azərbaycan torpaqlarından biridir. Şəhər Atabəylər (Eldənizlər), Sacilər, Səlcuqlar, Qaraqoyunlu, Ağqoyunlu kimi dövlətlərin paytaxtı olmuşdur. Ermənilər abidələrimizi, şəhərlərimizi illərlə terrora məruz qoyublar. 1993-cü ildə Ağdamın ermənilər tərəfindən işğalı zamanı Cümə məscidi, Çörək muzeyi, Çay evi kimi digər tikililər də darmadağın edilmişdir. Tək Ağdam deyil bütünlükdə Qarabağın digər bölgələrində də talan işləri davam edib. Təəssüflər olsun ki, bizə də belə qonşu düşüb. Tarixi özününküləşdirməkdə bir nömrədirlər. İmkan olsa dünyada ilk erməni milləti yaranıb, ilk Ermənistan dövləti meydana gəlib deyərlər. Haylar güldürməyə davam edir!
Xeyransa İSMAYIL
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.