BƏYBALA MİRZƏYEV:
Görüş yeri dəyişib...
Birazdan Vaşinqtonda, Corc Şults adına Milli Xarici İşlər Təlim Mərkəzində ABŞ Dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü başlayacaq.
Bu saat həm İrəvanda, həm də Bakıda bütün nəzərlər Vaşinqtona dikilib, fokuslanıb. Lakin Moskva bu görüşün gedişini İrəvan və Bakıdan daha böyük diqqət və narahatlıqla izləyəcək.
Səbəb məlumdur.
Kreml vasitəçilik monopoliyasını axıra qədər qoruyub saxlamaq istəyir.
İran və Fransa da Ermənistan XİN başçısı Ararat Mirzoyanla Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun bu axşamkı görüşünün nəticələrini eyni narahatlıqla gözləyəcək. Vaşinqton formatı onların da geosiyasi maraqlarına ziddir.
Lakin Azərbaycanla Ermənistan arasında sülh sazişi üzrə Vaşinqton formatı Moskva, Paris və Tehranı hər nə qədər qıcıqlandırsa da, əsas odur ki, bu format Azərbaycanın da, Ermənistanın da maraqlarına cavab verir.
Moskva-Paris-Tehran "üçbucağ"ı Vaşinqton formatının nəticələrini əngəlləmək üçün əllərindən gələni edəcək. Ağ Ev bu amili də mütləq nəzərə almalı və optimal həllər tapmalıdır.
P.S.
Kreml "Görüş yerini dəyişmək olmaz" doktrini ilə hərəkət etməyə üstünlük versə də, lakin onun iradəsinin ziddinə olaraq bu dəfə görüş yeri okeanın o tayına təyin edilib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.