Xeyransa İSMAYIL:
Qədim türklərin simvolu: "BOZQURD"
Bozqurd işarəsi türklərin əl simvoludur. Türklər siyasi baxışlarından asılı olmayaraq bu işarədən istifadə edirlər. İşarənin mənası nədir? Tarixdə bu işarəni ilk dəfə göstərən Alparslan Türkeş olub. O, işarənin mənasını belə izah edir: " Şəhadət barmağı türkdür. "Bozqurd" işarəsi ilə etdiyimiz işarə arasındakı boşluq dünyadır. Qalan 3 barmağın birləşdiyi son nöqtə möhürdür. Yəni işarə etsək belə görünəcək: Türk-İslam Möhürünü dünyaya vuracağıq”. Azərbaycanda "Bozqurd" işarəsinin 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra ortaya çıxdığı düşünülsə də, Elçibəyin təşkil etdiyi mitinqdə bir milyon insanın “Bozqurd” işarəsi ilə salamlamasından sonra ortaya çıxdı. Bu rəmz türk xanlarının uğurunu bildirən zəfər işarəsidir. Qərbə köç edən hun, qıpçaq və peçeneq türkləri bu işarəni “türkəm” mənasında işlətmişlər. Günümüzdə bir çox dünya liderləri bu işarədən istifadə etməkdədir. Bu işarəni etdikdə; güc, bağlılıq, hökmranlıq və xoşbəxtliyi ifadə edirlər. Bir çox dünya ölkələri simvoldan istifadə etsə də, qadağan olunan ölkələrdə az deyil. Buna Avstriyanı misal göstərmək olar. Avstriyada 2018-ci ildə müxtəlif qruplara aid işarə və simvolların, o cümlədən “bozqurd” simvolunun “ekstremizmə və siyasi İslama qarşı mübarizə” əsası ilə ictimai yerlərdə istifadəsini qadağan edən “Simvol qanunu” qüvvəyə mindi. Türkiyə qəbul edilən qanuna kəskin etirazini bildirmişdi. “Avstriyada parlamentdə qəbul edilən və qüvvəyə minmə prosesi başa çatan “Rəmzi qanun”un “Bozqurd” da daxil olmaqla, 2019-cu il martın 1-dən qüvvəyə minəcəyini qəbul etmirik və bir daha qətiyyətlə pisləyirik" deyə bəyanat vermişdi. Tarix boyu türk millətini sıxışdırmağa çalışsalar da buna nail olmayıblar.
Xeyransa İSMAYIL
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.