Yeni qardaşlıq göstəricisi- "Azərbaycan məhəlləsi" Kaharamanmaraşda
Türkiyənin Kahramanmaraş şəhərində Azərbaycan tərəfindən "Azərbaycan məhəlləsi" salınacaq. Məhəllədə mənzillərlə bərabər məscid, məktəb və digər infrastruktur obyektlərinin də salınması gözlənilir. Bir neçə ay öncə Türkiyədənin fərqli bölgələrində baş verən dəhşətli zəlzələ nəticəsində on minlərlə insan həlak oldu. Zəlzələ baş verən ölkəyə köməyə ilk gedən dövlətlərdən biri məhz Azərbaycan olmuşdu. Salınacaq məhəllənin bir il ərzində tikilib istifadəyə verilməsi nəzərdə tutulur. Bu barədə Türkiyə mediasında görüntülər paylaşılıb. "Azərbaycan məhəlləsi"adlı layihənin görüntülərini Türkiyənin İctimai Mənzil idarəsi yayımlayıb. Tikintinin bünövrəsinin əsası "TEKNOFEST"də iştirak edən Prezident İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan və digər rəsmi şəxslər tərəfindən qoyuldu. MİDA-nın sədri Sadiq Sadıqov hər zaman türk millətinin yanında olacağıq və bu bizim üçün böyük şərəfdir deyə vurğuladı. Qardaş Türkiyə pis zamanlarımızda necə bizim yanımızda oldusa, biz də onların hər zaman yanında olmalı və əlimizdən gələn dəstəyi əsirgəməməliyik. Hər gün, hər zaman Türkiyənin yanındayıq...
UMAY
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.