NƏRİMAN İSMAYILOV:
Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş təntənəli konsert keçirildi
28 aprel 2023-cü il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “İxtisas Fortepiano”, “Konsertmeyster ustalığı”, “Fortepiano”, orqan və klavesin”, “Simli alətlər kafedralarının” müəllimlərinin birgə iştirakı ilə
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş təntənəli konsert keçirildi.
Konsert gecəsində Xalq artistləri Yeganə Axundova, Gülnaz İsmayılova, Əməkdar artistlər Samirə Aşumova, Əyyub Əliyev, BMA-nın “Simli alətlər” kafedrasının müəllimi, Beynəlxalq müsabiqələr laureatı Anar Seyidov, “İxtisas fortepiano” kafedrasının dosentləri Züleyxa Abdulla, Günel Kazımova, Nərgiz Salmanlı, baş müəllim Zərif Kərimova, “Fortepiano, orqan və klavesin” kafedrasının dosentləri İdris Zeynalov, Aynur Xəlilova, Tofiyə Cavadova, baş müəllim Lalə Atakişiyeva, “Konsertmeyster ustalığı” kafedrasının baş müəllimləri Afaq Qarayeva, Leyla Zeynalova, Beynəlxalq müsabiqələr laureatları Səbinə Quliyeva, Məhəmmədəli Paşazadə və Vəfa Babayeva əsrarəngiz ifaları ilə dinləyicilərin zövqünü oxşadılar.
Zəngin konsert proqramında Sergey Raxmaninovun “Etüd-lövhə” op.33 cis-moll, “Elegiya-trio”, Aleksandr Skryabinin “Etüd” op.42 № 5 cis-moll, Ferens Listin “Sevgi xəyalları” noktürn, Qara Qarayevin “Coşqun qaskoniyalı” müziklindən suita-giriş, Fikrət Əmirovun “Məhəbbət rəqsi”, Soltan Hacıbəyovun “Uvertüra”, Niyazinin “Arzu” romansı, Emin Sabitoğlunun “Dədə Qorqud” suitası, Samir Əliyevin “İki fortepiano üçün poema”, “Sarı gəlin” xalq mahnısı (İşləyən İlyas Mirzəyev), Paul Readın “Prelüd”, həmçinin Ulu öndər Heydər Əliyevin sevimli mahnılarından ibarət kompozisiya; Klassik və caz əsərlərdən ibarət “Kaleydoskop” əsərləri səsləndirildi.
İstedadlı musiqiçilərin parlaq ifaları tamaşaçıların böyük marağına səbəb olaraq, gurultulu alqışlarla qarşılandı.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.