Akademik Zərifə xanım Əliyevanın məzarı ziyarət edildi
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Ə.Vahid adına 1№-li kitabxana filialının əməkdaşları və kitabxananın oxucuları 176 №-li tam orta məktəbin III sinif şagirdləri görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın 100 illik yubileyi ilə əlaqədar Fəxri Xiyabanda onun məzarını ziyarət etdilər.
Kitabxana filialının müdiri Mətanət Qasımova şagirdlərə Zərifə xanım Əliyevanın peşəkar fəaliyyəti, tibb sahəsinə verdiyi misilsiz töhfələri haqqında məlumat verdi. O qeyd etdi ki, Zərifə xanım böyük alim olmaqla yanaşı, həm də vəfalı ömür gün yoldaşı və qayğıkeş ana idi. Zərifə xanım Əliyeva Azərbaycan oftalmologiya elmində elə bir günəşdir ki, onun parlaq şəfəqləri uzun illər yeni nəsillər üçün çıraq olacaq.
Fəxri Xiyabanda ziyarət zamanı şagirdlər Zərifə xanım Əliyevaya həsr olunmuş şeirlər söylədilər.
Tədbirin sonunda Zərifə xanımın məzarı önünə tər çiçəklər qoyuldu.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.