BDU-da “Mir Cəlal Paşayev-115” adlı sərgi kitab sərgisi
Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanası görkəmli yazıçı, böyük ədəbiyyatşünas alim və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasının 115 illiyinə həsr olunmuş kitab sərgisi təşkil edib. Sərgidə ədibin elmi məqalə, publisistik-tənqidi yazı, hekayə və irihəcmli əsərlərindən ibarət 80-ə yaxın nəşr, dərslik və dərs vəsaiti, o cümlədən onun haqqında yazılan kitablar, biblioqrafik göstəricilər nümayiş olunur.
Sərgidə müxtəlif dillərdə olan kitablar sırasında yazarın həyatda ikən işıq üzü görən, onun böyük zəhmətinin bəhrəsi olan “Füzulinin poetik xüsusiyyətləri” (1940), “Радось” (1950), “Yaşıdlarım” (1955), “Füzuli sənətkarlığı” (1958), “Şəfəqdən qalxanlar” (1972), “Silah qardaşları” (1974) və s. əsərləri yer alıb. Sərgidə böyük yazıçının 1938-ci ildə yazdığı və ona təkcə Azərbaycanda deyil, ölkə xaricində də şöhrət qazandıran “Bir gəncin manifesti” romanının müxtəlif dillərdə və illərdə nəşr olunmuş nüsxələri də nümayiş olunur. Həmçinin alimin qızı, BDU-nun Rus ədəbiyyatı tarixi kafedrasının müdiri, professor Ədibə Paşayevanın Elmi Kitabxanaya hədiyyə etdiyi kitablar da sərgidə yer alır.
BDU-da Mir Cəlal Paşayevin 115 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransında da nümayiş olunan sərgi konfrans iştirakçılarının, habelə qonaqların böyük marağına səbəb olub.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.