Xurşidbanu Natəvanın 190 illiyinə həsr olunmuş "Milli musiqi” müsabiqəsi layihəsinin açılış mərasimi baş tutub.
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Böyük Qayıdış” Gənclər Təşkilatının tərəfdaşlığı ilə Xurşidbanu Natəvanın 190 illiyinə həsr olunmuş "Milli musiqi” müsabiqəsi layihəsinin açılış mərasimi baş tutub.
Üzeyir Hacıbəylinin Ev Muzeyində keçirilən açılış tədbirində Azərbaycan Respublikasının xalq artisti, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Üzeyir Hacıbəylinin Ev Muzeyinin direktoru Sərdar Fərəcov, layihə rəhbəri Yusif Cəfərbəyli, tərəfdaş qurumların nümayəndələri, layihə iştirakçıları, media mənsubları və gənclər iştirak ediblər. Layihə rəhbəri öz çıxışında layihənin əhəmiyyətindən söz açıb. Əlavə edib ki, istedadlı gənclərin üzə çıxmasında bu kimi layihələr xüsusi yer tutur.
Azərbaycan bədii fikrinin görkəmli siması, Qarabağ xanlığının sonuncu varisi Xan qızı Xurşidbanu Natəvanın anadan olmasının 190 illiyinə həsr olunmuş layihənin keçirilməsində məqsəd gənc milli musiqi ifaçılarının ustad dərslərində və təlimlərdə iştirakını təmin edərək, bacarıqlarını inkişaf etdirmək və gənc istedadların üzə çıxmasına dəstək olmaqdır.
Açılış mərasimindən sonra layihənin ilk təlimi baş tutub. Təlim Azərbaycan Respublikasının xalq artisti, bəstəkar Sərdar Fərəcov tərəfindən “Azərbaycan milli musiqi mədəniyyətinin tarixi inkişaf mərhələləri” mövzusunda keçirilib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Gənclər Fondunun "İdeyanı reallaşdır 2022" fərdi qrant müsabiqəsinin qalib layihələrindən biri olan layihədə 16-29 yaş aralığında 25 nəfər gənc iştirak edir.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.