Sevgi və kimya- Hümbət Quliyev YAZIR
( esse)
Bu gün bir dostum dənizqırağı gəzintidə mənə dedi: - doktor, mənə həkimlik nöqteyi- nəzərindən sevginin nə olduğunu deyə bilərsən? Kişi- qadın sevgisini nəzərdə tuturam.
Düzü təəccübləndim, birinci dəfə idi ki, belə sualla qarşılaşırdım.
Dedim ki:- sualına cavab verməmişdən əvvəl bir lətifə danışacağam.
Tibb Universitetində professor tələbədən soruşur:- Əhməd, dur xərçəngin müalicəsini danış.
Əhməd adəti üzrə sola baxır, buna ipucu verən yox, sağa baxır, buna heç nə deyən yox. Deyir;- Professor, vallah bilirdim, yadımdan çıxıb.
Professor eynəyin çıxarıb deyir:- sən faciəyə bax, dünyada bir nəfər xərçəngin müalicəsini bilirmiş, onun da yadından çıxıb.
Mən də desəm ki, sevginin nə olduğunu bilmirəm, həqiqətə çox yaxın olaram.
Hərənin sevgi haqda öz düşüncələri var. Mən də yalnız öz düşüncələrimlə bölüşə bilərəm və bunu həkimlik aspektindən etməyə çalışacağam.
Həqiqətən, alimlər sevgini biokimyəvi proseslərə son zamanlar çox bağlayırlar. Lap bəsit münasibət bildirənlər də var: Sevgi- sadəcə kimyəvi prosesdir.
İnsanlar( kişi, qadın) bir- birini görəndə onlarda dofamin hormonu ifraz olunursa, bir - birinə “vurulurlar.”
Bu hormon nəticəsində insanların bir birinə emosional, fiziki istəkləri yaranır. Dofamin həm gənclərə, həm də yaşlı insanlara eyni cür təsir edir.
Sevgi üçün yaşın fərqi yoxdur, fikrinin elmi əsası var.
Dofaminin təsiri 3-5 ay davam edir və bu müddətdən sonra insanlar birlikdə darıxmağa başlayırlar, bir- biri üçün artıq maraqsız olurlar və sonda onlar bir birindən uzaqlaşırlar. Bu sevgiyə romantik sevgi də deyirlər. Bəzi insanlar belə romantik sevginin narkomanları olurlar və belə münasibətdən müvəqqəti tutduqları ləzzətləri başqa insanlarla da yenidən yaşamaq istəyirlər. Belə insanlar kəpənək kimi, bir insandan başqa insanlara qonmaqda davam edirlər.
İkinci cür sevgi də var. Xalq arasında buna əsl sevgi deyirlər. Bu hamının arzuladığı və axtardığı sevgidir.
Bəzi cütlüklərdə dofamin vurğunluğundan sonra qanlarına oksitosin hormonu da ifraz olunur. Burada emosional və fiziki bağlılıqdan əlavə ruh, qəlb bağlılığı da yaranır.
Düşünürəm ki, burada ali qüvvələr işə qarışır.
Ali qüvvələr istəyir ki, məhz bu ruh bağlılığı yaranan insanların uşaqları olsun! Dofamindən fərqli olaraq oksitosin daha güclü hormondur və onun yaratdığı bağlılıq daha güclüdür. Bu insanlar biri- birindən başqa ətraflarında daha heç kimi sevgi obyekti kimi görmürlər.
Bu münasibətlərin əsas şərti qarşılıqlı inam və etibardır. Tam etibar. Xəyanət bu münasibətlərdə mümkünsüz olmalıdır, çünki Allah yalnız bunları gələcək nəsil üçün məsul edir. Belə münasibətlərdən yaranan uşaqlar Allah və cəmiyyət üçün arzuolunandır. Bu səbəbdən, düşünürəm ki, oğlan və qız bir- birinə vurulan kimi evlənməməlidirlər. Minimum altı ay səbr etməlidirlər. Əgər onların “vurulmalarının” səbəbi dofamindirsə, sevgi keçəcək və tələsib ailə qurublarsa, bir birinə qarşı hissləri tez də sönəcək.
Oksitosinli cütlük cəsarətlə evlənməlidirlər, çünki onlar bir- biri üçün seçilmişlərdəndir. Xoşbəxtlik bu ailənin mükafatıdır.
Burada bir prinsipial məsələ var.
Oksitosinin təsiri də əbədi deyil və 4-5 il davam edir. Ağıllı qız bu sevgi dövründə əri üçün mütləq 2-3 uşaq dünyaya gətirməlidir. Sonradan sevgi azalanda, atanın uşaqlara bağlılığı, qarşılıqlı hörmət və isti münasibətlər sayəsində ailəni sona qədər qorumaq mümkün olur.
Mən ayrı- ayrı cütlüklərin maddi və digər maraqlar üzərində qurduğu münasibətləri sevgi adlandıra bilmirəm, hərçənd ki, münasibətlər qarşılıqlıdırsa, sona qədər də davam edə bilər.
Dostuma dediklərimi sizinlə də bölüşdüm, düşündüm ki, bəlkə kiməsə maraqlı olar.
Hamıya sevgilər!
Hümbət Həsənoğlu
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.