Avropa bunu indi görürsə, biz illər öncə görmüşük...
Diqqət yetirmisinizsə dəb adı altında eybəcər geyimlər "moddadır". Normal şalvarı cırıqla əvəzlədilər. Adını da bu ilin dəbi budur qoydular. Halbuki dilənçi o görünüşdə olanda insanlar ondan dərhal uzaqlaşaraq çirkli olduğunu dilə gətrirdi. Amma varlı insanlar dəb dedikləri geyimləri geydikdə belə fikirlər səslənmir. Paytaxtdakı butiklərin birində qaloş dediyimiz ayaqqabının bənzərini 210 manata təklif edirlər. Görünüş eyni amma markadır. Retro stilə qayıdırsınızsa bunu anlarıq, amma çöldə geydiyimiz qaloşa bənzər ayaqqabını brend adı ilə camaata "sırımaq" nə deməkdir? Qiymətləri gördükdə insan dəhşətə gəlir. Adını da brend marka qoyurlar. Halbuki indiki dövrdə kimsə onu qaloş geyib şəhərin mərkəzində gəzsə ona kəndçi kimi baxarlar. Amma bu ilin dəbi adı altında kimsə geyinsə dəbdir deyib keçərlər.Uşaq vaxtı çoxumuzun evində olar pərdələrin eynisi geyim kimi sərgilənir. Hələ bazara gedərkən əldə daşınılan zənbildən söz açmıram... Ən maraqlısı da budur ki, Avropa bunu indi görürsə, biz illər öncə görmüşük... Zatən Qərb hər bir mədəniyyəti tarixdə olduğu kimi Şərqdən götürüb. Səlib yürüşləri nəticəsində mədəniyyəti, geyimi, duş qəbul etməyi belə şərqdən mənimsəmişdir.
DİANA
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.