Din adı altında insanları zəhərləməklə məşğul olan FARS-MOLLA rejimi
Hal-hazırda Azərbaycanda İranın casus şəbəkəsinə qarşı əməliyyatlar keçirilir. Keçirilən əməliyyatların nəticəsində molla rejiminə xidmət edən casus şəbəkələr günü gündən ifşa edilərək həbs edilir. Saxlanılan şəxslərin bəziləri hicab aksiyalarında, bəziləri narkotik vasitələrin dövriyyəsində təqsirli bilinir. Özlərinə kərbəlayi, hacı adları qoyaraq insanların gözlərini boyamağa çalışanlar hər gün deşifrə olaraq dövlətə təslim edilir. Hazırda məscidlərdə İranmeyilli onlarla belə axundlar mövcuddur. Moizələr söyləyərək insanların beynini yumağa çalışan iranpərəstlərin sayı durmadan artmaqdadır. İranın təbliğ etdiyi din deyil. Din adı altında insanları zəhərləməklə məşğuldur. Özünə müsəlman ölkəsi deyib qadınlara zorla hicab taxtıran molla rejimi Zəgəzur dəhlizinin belə açılmasını istəmir. Fars-Molla rejimi açıq təxribatlarla məşğul olaraq ölkəmizi qarışdırmaqdan doymur. Bir neçə ay öncə Tehranda səfirliyimizə basqın edilməsi bu fikirlərin təsdiqinə bir daha zəmin yaradır. Güc orqanlarının bu yöndə göstərdiyi fəaliyyət davam etməkdədir.
DİANA
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.