Xeyransa İSMAYIL:
Rütbə verməzdən öncə insanları müayinədən keçirin
Məlum olduğu kimi, intim videoları yayılan polkovnik Zaur Mirzəyevin məhkəmə prosesi davam edir. Prokurur təqsirləndirilən şəxsin 5 il 6 ay azadlıq məhrum edilməsini istəyib. Keçən ilin avqust ayında rütbəsi əlindən alınaraq saxlanılan keçmiş polkovnik pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma, həmçinin də əxsi həyatın toxunulmazlığını pozma maddələri ilə ittiham olunub. Yüksək səviyyədə manyaklıq nümayiş etdirən Zaur Mirzəyev otağında gizli kamera quraşdıraraq nazirliyin bəzi qadın əməkdaşları ilə yaxın münasibətdə olmuşdu. Dövlət qurumunda belə şəxslər işlə təmin olunub rütbə almazdan əvvəl onları DÜZGÜN həkim müayinəsindən keçirmək lazımdır. Saxta polkovnikin özünə hakim olmayıb qadınları yoldan çıxararaq peşəkarcasına əxlaqsızlıq nümayiş etdirməsi ölkədə böyük səs-küy yaratmışdı. Bu biabırçı hadisədən bir müddət sonra da digər müəssisə- Ədliyyə Nazirliyinin əməkdaşının da intim görüntüləri yayılmışdı. Xahiş olunur işçi qəbul edərkən onları hər tərəfli müayinədən keçirəsiz. Özünü apara bilməyən insanları vəzifəyə gətirərək, dövlət qurumlarının adının biabırçı hadisələrdə hallandırılmasına yol verməyəsiz. Qurunun oduna yaş da yanar...
X.İsmayıl
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.