Elman Eldaroğlu:
Kəndinizə qayıdın, cənablar…
Səni görüm lənətə gələsən, ay VƏZİFƏ! Adamı qatığa qara deməyə vadar edirsən. Gör, vəziyyət nə yerə gəlib çatıb ki, sənin şirinliyindən bəziləri az qala vicdanını, haqqı, ədaləti də itirib. O boyda kişini, xalqın məhəbbətini qazanan Vahid Əhmədovu necə deyərlər, salıblar gözümçıxdıya. Guya verdiyi müsahibədə milli məclisdəkilərə böhtan atıb, onları təhqir edib, yüz iyirmi beş deputatdan həqiqi yolla seçilən üçünün adını çəkib və s..
Kimdir Vahid Əhmədov? Uşaq yaşlarından çevikliyi, cəsarəti, qoçaqlığı ilə fərqlənən bir insan. Böyüdüyü ailənin maddi problemlərinin həllində bacardığı qədər fəallıq göstərib. Ata-anasına yardımçı olub.
Deyir ki,- “Atam mühasib, anam isə evdar qadın olublar. Böyük ailəmiz vardı- 7 qardaş, 2 bacı olmuşuq. Birinci sinifdən 10-cu sinifə kimi təhsil aldığım orta məktəbi əla qiymətlərlə bitirmişəm. Bütün bu 10 ildə “5”dən başqa qiymət almadım. Halbuki, çox çətin şəraitdə yaşayırdıq. 10-12 yaşımdan etibarən ailəmizin dolanışığına kömək etmək, çörəkpulu qazanmaq üçün dərsdən sonra meşəyə odun qırmağa gedirdim. Gətirib, həmin odunları kənddə satır, ailəmizin ehtiyaclarına xərcləyirdik. Bir müddət sonra böyük qardaşım Bakıda Tibb İnstitutuna daxil oldu. Artıq tələbə olan qardaşıma da maddi köməklik etmək lazım gəlirdi...
Kəndimizdə bütün ailələr bizim kimi yaşamırdı. Bəzi ailələrdə uşaq sayı az olduğundan həyat şəraiti normal idi. Bizim kimi çoxuşaqlı ailələrdə isə uşaqların hamısının geyinib-keçinməsi, oxuması maddi problemlərə səbəb olurdu. Evimizdən yalnız atam işləyirdi. Gəlir az, külfət çox olduğuna görə, bütün ailənin atamın maaşı ilə dolanması mümkün deyildi. İşləməsəydim oxumaq, Bakıda təhsil alan qardaşıma maddi kömək etmək imkanımız olmazdı...”
Kifayət qədər savadı və zəngin təcrübəsi var. Məhz bunların sayəsində iqtisadiyyatı güclü bilir, verdiyi proqnozlar doğru çıxır. Bir iqtisadçı millət vəkili kimi də fəaldır, xalqın mənafeyinə uyğun çıxışları ilə özünə rəğbət qazanıb. Mənəviyyata bağlı, ənənəyə sadiq adamdır. Heç vaxt insanlara yuxarıdan aşağı baxmaz. Necə deyərlər, uşaqla uşaq, böyüklə böyükdür. Kiminsə xətrinə dəymək, kobudluq etmək təbiətinə ziddir…
Tükənməz həyat enerjisi var. Qərarlı davranışı ilə başladığı hər işi sonuna çatdırmağı bacarır. Güclü əsəb sisteminə, yaradıcı təfəkkürə, mahir idarəetmə qabiliyyətinə malikdir. Həllini tapmamış problemlərə nifrət edir. Hər zaman yenilik arzusunda olması ən diqqət çəkən xüsusiyyətlərindən biridir. Sərbəst insandır, müstəqilliyinin məhdudlaşdırılmasını, fəaliyyətinə sərhəd qoyulmasını sevmir. Ona məmnun olmadığı nəyisə bəyəndirməyə çalışmaq olduqca çətin və yorucudur. Həssas təbiəti var, yardım etməyi, necə deyərlər, ehtiyacı olanlara əl tutmağı xoşlayır. Praktiki zəkası çox inkişaf etdiyindən mülahizə və təhlillərdə çətinlik çəkmir...
Bəli, haqqında danışdığım Vahid Əhmədov Azərbaycan xalqının sevimli ziyalılarından biridir və xalqını sevməyi bacarır…
Onu bu yaşında suçlamaq, ləkələmək, sözündən söz düzəltmək, xalqın gözündən salmaq, ona çamur atmaq mənasızdır.
Kəndinizə qayıdın cənablar, daha vacib işlər var…
Elman Eldaroğlu
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.