Əli İbrahimbəyli:
Həyatımızı gözəl yaşamaq istəyiriksə - Düşüncələrimizə diqqət edək!
Tibbi tədqiqatlar göstərir ki, uzunömürlülük 30 % irsiyyətə, 70 % -isə keçirdiyimiz həyat tərzinə bağlıdır. Həyat tərzimizin, sağlamlığımızın vəziyyəti isə düşüncələrimizin keyfiyyətinə bağlıdır. Düşündüyümüz şeyləri tanıyırıq, bilirik, bildiyimiz şeyləri sevirik, sevdiyimiz şeyləri isə davamlı edirik. Bir sözlə necə düşünürüksə, o cür də yaşayırıq. Həyatımız sağlamlığımızdan, sağlamlığımız həyat tərzimizdən və vərdişlərimizdən, vərdişlərimiz isə düşüncələrimizdən qaynaqlanır. Bu günümüz dünənki yaşadıqlarımızın, sabah yaşayacağımız isə bu günkü yaşayışımızın nəticəsidir. Və son olaraq bütün bunlar bizim BEYİN adlandırılan orqanımızdan asılıdır. Yəni onun necə işləməyindən. Daha doğrusu, onu necə işlətməyimizdən.
BEYİNlə bağlı minlərlə kitablar, audio-video çıxışlar var. Onları oxumadan, dinləmədən, beynimizlə, onun quruluşu, fəaliyyəti ilə tanış olmadan, ONU səmərəli işlətmək, pozitiv düşüncəyə sahib olmaq çox çətindir.
Ən böyük insan düzgün düşünən və çalışan Yaxşı Beyinə sahib olandır. Ən iradəli insan Beynini idarə edə biləndir.
Beyin haqqında yazılan ən gözəl kitablardan biri də Amerika alimi, neyrobioloq, neyropsixiatr, bütün dünyada məşhur olan “Amen Klinikası” şəbəkəsinin rəhbəri Daniel Amenin müəllifi olduğu, New York Times-ın bestselleri kimi bütün dünyada böyük tirajla satılan “Beyninizi dəyişin-həyatınız da dəyişəcək!” kitabıdır. Tibb, psixologiya, psixiatriya sahəsində çalışan mütəxəssislər və öz üzərində davamlı çalışan insanlar üçün nəzərdə tutulmuş bu kitabda BEYİN haqqında bilmədiyimiz maraqlı məlumatlar yazılıb. Sonda isə Beyinin daha aydın və pozitiv işləməsi üçün “Bunları etmək lazımdır” və “Etmək məsləhət deyil” başlıqları altında hər biri üçün 50 qayda yazılmışdır.
Biz düşüncələrimizin məhsuluyuq. Bizim dünyamızı yaradan bizim düşüncələrimizdir. Həyatımızı gözəl yaşamaq istəyiriksə - Düşüncələrimizə diqqət edək!
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.