Cenub.az bildirir ki, 20 aprel 2023-cü ildə, təxminən gündüz saat 12 radələrində 6 saylı Ərazi Vergilər Baş idarəsinin Masallıdakı Xidmət Mərkəzinin qarşısında əməlli-başlı dava olub və vergi əməkdaşlarına balta ilə hücum edilib. Davaya səbəb Masallı Verki mərkəbaş idarəsinə vətəndaşların qəbulu zamanı növbə məsələsindəki anlaşılmazlıq olub.
Bəs günahkar kimdir? Vətəndaş, ya vergi idarəsi?
Araşdırmalarımız nəticəsində bəlli olub ki, vergi xidmətində vətəndaşlar elektron növbə əsasında qəbul edilirlər. Yəni, vətəndaş elektron növbə götürür, növbəsi çatdıqda, qəbula girir. Əgər vətəndaş öz növbəsində qəbula vaxtında girmirsə, onun növbəsi itir və yenidən növbə götürməlidir.
Həmin gün Masallı Xidmət Mərkəzinə gələn vətəndaş, Masallının Şərəfə kənd sakini Kərim Kərimov növbəsinə vaxtında gəlmədiyi üçün digərlərinin növbəsinə girmək istəyib. Nəticədə, vətəndaşla vergi işçisi arasında mübahisə yaranıb. Vətəndaşa ciddi-cəhdlə intizama və qaydalara əməl edilməsi təklif olunsa da, o sakitləşməyib, vergi işçisinə qarşı kobudluq edib, təhdid göstərib, mərkəzdə normal iş rejimini pozub. Bununla ürəyi soyumayan vətəndaş yaxınlıqda saxladığı maşınından balta götürərək xidmət mərkəzində vəzifə borcunu yerinə yetirən Ruslan adlı işçiyə hücum çəkib. Xidmət mərkəzinin ofisindəki digər vətəndaşların köməyi ilə vətəndaş zərərsizləşdirilib.
Olay zamanı 102 xidmətinə zəng edilərək polis işçiləri köməyə çağrılıb və polislər hadisə yerinə gəlib və həmin şəxsi, Kərim Kərimovu polis şöbəsinə aparıblar. Hazırda araşdırma aparılır.
Maraqlıdır, hər gün 100-120 vətəndaşın qəbul olunduğu məkanda niyə polis mühafizəsi yoxdur. Həm də məlum oldu ki, bu qədər insana xidmət etmək üçün burada ən yaxşı halda 2, hətta bəzən 1 işçi xidmət göstərir. Bu da vətəndaşların haqlı narazılığına səbəb olur, tez-tez mübahisələr, vətəndaşlarla vergi işçiləri arasında qalmaqal baş verir.
Güman edirik ki, Vergilər Nazirliyi bu məsələyə həssaslıqla yanaşacaq, hər gün 100-120 nəfər vətəndaşın qəbul edildiyi xidmət mərkəzini tələbata uyğun işçi və mühafizə xidməti ilə təmin edəcək.
Cenub.az. Zahir Əmənov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.