Fuad Axundov çox maraqlı adamdır. Bakının keçmişi haqqında zəngin məlumatı var…
Deyir ki:- “İlk opera müğənnisi Şövkət Məmmədova Avropada təhsil almaq üçün Hacı Zeynalabdin Tağıyevə müraciət edir və maddi dəstək alır. Amma təhsilini bitirməyə az qalmış Hacı onu maddi yardımdan məhrum edir. Səbəbi isə Şövkət xanımın Milanda oxuyanda mühəndis Yakov Lyubarskiylə eşq yaşaması olur. Hacı da;- “Səni ora bunun üçün göndərməmişdim” - deyib maddi yardımını kəsir. Amma Üzeyir bəyin təşkil etdiyi benefisdə, gənc xanımın - Şövkətin konsertlərində iştirak edir və ona qərənfillərlə dolu səbət göndərirdi. Bütün bunlar qoçuların səhnəyə güllə atdığı, papağı üçün ayrıca bilet aldığı zamanda baş verirdi...”
Fuad Axundov 1968-ci ildə dünyaya gəlib. Orta təhsilini başa vurandan sonra, 1986-1988-ci illərdə SSRİ Silahlı Qüvvələrində xidmət göstərib. 1989-1990-cı illərdə Bakı şəhərində Respublika Narkoloji Dispanserində xəstəxana işçisi kimi çalışıb. 1992-ci ildə Norveçin Oslo şəhərindəki yay məktəbində təhsil alıb. 1992-1993-cü illərdə Bakıda 189 saylı məktəbdə rus dili və ədəbiyyatı və ingilis dilini tədris edib. 1993-cü ildən 2006-cı ilə qədər İnterpolun Milli Mərkəzi Bürosunun əməkdaşı, polisin baş leytenantı olub və s..
Pərvin adlı bir jurnalist xanım “525-ci qəzet”də yazır ki;- “Fuad Axundov qadın üçün məhrumiyyətlərin var olduğu bir mühitdən, zəmanədən danışanda ilk heykəltaraş Zivər Məmmədovanın adını xüsusi qeyd edir. Üzeyir bəyin heykəli yadınızdadırmı? Konservatoriya önündə əyləşmiş dahiyə uşaqlığımdan baxıram... Hamımız baxırıq. Müəllifi də heykəltəraş Tokay Məmmədovdur, Zivər xanımın oğludur. Və Fuad Axundov Zivər xanımın fotoları vasitəsiylə açıqlayır ki, Üzeyir bəyi oturan yerdə “heykəlləşdirmək” ideyası ona məxsus imiş. Sadəcə çoxlarının qadına inamı olmadığı üçün bu ideyanı Tokay Məmmədov gerçəkləşdirə bilib. Və bunun özündə də xalqımıza xas əbədi bir xasiyyət, yanaşma var. Sənətində yarada bilməyən qadınlar, övladlarını YARADIBlar, onların yetişməsi, böyüməsi üçün çalışıblar…”
Bəli, Fuad Axundov həm də məzmunlu adamdır. Tez-tez fərqli layihələr həyata keçirərək məktəblilərlə, o cümlədən müxtəlif kateqoriyaya aid olan insanlarla görüşür. Bir də görürsən ki, Bakı küçələrində bir qrup insanı ətrafına toplayıb nədənsə söhbət edir…
Aprelin 21-i Fuadın doğum günüdür, 55 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, yaradıcılıq uğurları arzulayıram.
Yeri gəlmişkən, mayın 14-də, axşam saat 8-də, Opera studiyasında Fuad Axundovun yaradıcılıq gecəsi keçiriləcək. “Bakı sevgi hekayələrində” adlandığı bu tədbirdə iştirakınız yubiliyara gözəl hədiyyə olar.
55 yaşın mübarək, Fuad bəy!
Hörmətlə, Elman Eldaroğlu
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.