«Bərabərlik» adlı qısametrajlı filmin təqdimat mərasimi keçirilib
Aprelin 20-də Azərbaycan Texniki Universitetində «Gilavar Foto Klubu» ictimai birliyi tərəfindən həyata keçirilən «Ailədə qadın və kişi bərabərliyi» layihəsinin yekunu ilə bağlı tədbir keçirilib. Tədbir çərçivəsində Birlik tərəfindən ailə-məişət mövzusunda hazırlanan «Bərabərlik» adlı qısametrajlı filmin təqdimat mərasimi keçirilib. Tədbirdə rəsmi qonaqlar, millət vəkilləri, vətəndaş cəmiyyətinin nümayəndələri və tələbələr iştirak ediblər.
Tədbirdə çıxış edən Birliyin sədri və layihənin rəhbəri Rəşad Mehdiyev bildirib ki, «Gilavar Foto Klubu» ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin «Məişət zorakılığı» ilə bağlı elan etdiyi qrant müsabiqəsinin qalibi olub. «Birliyin təqdim etdiyi layihə çərçivəsində bu mövzuya həsr olunan qısametrajlı film çəkilib. Ekran işinin hədəf qrupu həm gənc, həm də uzun müddət qurulan ailələridir. Filmdə hazırki dövrün ən aktual mövzularından biri olan ailə-məişət problemləri bir ailənin timsalında diqqətə çatdırılıb. Baş verən hadisələr tamaşaçıda analiz etmək qabiliyyətini yaratmaqla birlikdə, «bərabərhüquqlu və xoşbəxt ailə necə olmalıdır» sualına cavab tapmağa vasitəçi olacaq» – deyə, layihə rəhbəri əlavə edib.
Milli Məclisin deputatı Nigar Arpadarai, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü İlqar Orucov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Pərvanə Əsgərzadə çıxış edərək filmin əhəmiyyətini yüksək qiymətləndiriblər.
Qeyd olunub ki, bu gün ölkəmizdə qadınlar üçün bütün sahələrdə qanunla təsdiq olunmuş əlverişli şərait yaradılıb. Qadınların müxtəlif sahələrdə irəli çəkilir, qadın əməyi və qadın uğurları ən yüksək səviyyədə layiqli qiymətini alır, hətta cəmiyyətə töhfə vermiş qadınlar medal və ordenlərlə təltif olunurlar. Ölkəmizdə gender bərabərliyi istiqamətində atılmış addımlar öz bəhrəsini verməkdədir. Yüksək yaradıcılıq potensialına malik Azərbaycan qadını, gənc qızlara göstərilən inam və etimadda fəallıq müşahidə olunur.
Diqqətə çatdırılıb ki, film geniş auditoriyaya təqdim olunandan sonra bir çox ailələrdə qadın və kişi hüquqlarının bərabərləşməsi istiqamətində müəyyən addımlar atılmasına, ailədə kişinin qadına, qadının kişiyə, valideynlərin övladlarına, övladların isə valideynlərinə olan hörmətinin, sevgisinin daha da artamasına, ailədə qadına, övladlara qarşı zorakılıq hallarının azalmasına şahid olacayıq.
Tədbir çərçivəsində filmin çəkilişi prossesi zamanı lentə alınan kadrarxası məqamlardan ibarət foto sərgi nümayiş olunub.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.