Xuraman Muradova- şairə-nasir, tanınmış xeyriyyəçi, iş adamı, sahibkar, hər zaman qazilərin, şəhid ailələrinin yanında olan, Milan Hospitalının rəhbəri Azərbaycan Yazıçılar Birliyinin üzvü seçilib.
Beləliklə, tanınmış xeyriyyətçi, iş adamı, sahibkar, şairə, nasir Xuraman xanım Muradovanın “Sənə məktub yazacam...” adlı kitabının Azərbaycan Yazıçılar Birliyində təqdimatı keçirildi...
2023-cü ilin aprel ayının 13-də Azərbaycan Yazıçılar Birliyində şairə, nasir, tanınmış iş adamı, sahibkar Xuraman xanım Muradovanın "Sənə məktub yazacam...” adlı şeirlər kitabının təqdimatı çox yüksək səviyyədə təşkil olunmuşdu. Tədbirdə tanınmış iş adamları, professorlar, Millət vəkilləri, ictimai xadimlər, şairlər, yazıçılar iştirak etdilər.
Tədbiri giriş sözüylə açan aparıcı, Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin katibi, şair Xəyal Rza gələn qonaqları salamladı. İlk olaraq Vətən himni səsləndi. Sonra Vətən uğrunda şəhid olan oğullarımız bir dəqiqəlik sükutla yad edildi. Xuraman xanım Muradova haqqında dəyərli fikirlərini tədbir iştirakçılarına çatdıran Xəyal Rza ilk olaraq sözü Xalq yazıçısı Natiq Rəsulzadəyə verdi. Müəllifin xeyirxah işindən, yaradıcılığından söhbət açan Xalq yazıçısı çıxışının sonunda Azərbaycan Yazıçılar Birliyinin üzvülük vəsiqəsini Xuraman xanım Muradovaya təqdim etdi.
Xuraman xanım bu böyük mükafatın sevincini tədbir iştirakçıları ilə bölüşdü. Bir müəllif olaraq öncə gələn qonaqları salamladı, onlara öz dərin təşəkkürünü bildirdi. Hələ orta məktəb dövründən başladığı və sonralar davam etdirdiyi yaradıcılığından söz açdı. Bu qədər işlərin öhdəsindən cəsarətlə gələn, xeyiriyyətçi iş adamı, gördüyü işlərin məsuliyyətini daşımaq, hər zaman xalqın içərisində olmaq, şəhid ailələri ilə, qazilərlə mütəmadi olaraq görüşmək və onlara rəhbəri olduğu Hospitalda təmənnasız xidmətlər göstərmək kimi gözəl missiyanı həyata keçirməyindən səmimi söhbət açaraq, xalqına, vətəninə bağlılığından fəxrlə və ürək dolusu danışdı. Və bir söz adamı kimi, şairə-nasir kimi bu böyük mükafata görə Azərbaycan Yazıçılar Birliyinin rəhbəri, Xalq yazıçısı Anara müəllimə və bu işdə böyük fədakarlıq göstərən Xalq yazıçısı Natiq Rəsulzadəyə dərin təşəkkürünü bildirdi.
Sonra söz Millət vəkillərinə verildi. Millət vəkilləri- Jalə Əhmədova, Könül Nurullayeva, Razi Nurullayev, Elşad Mirbəşiroğlu, Ceyhun Məmmədov, Vüqar İsgəndərov, Naqif Həmzəyev çıxış edərək Xuraman xanımın xeyirxahlığından, bir sahibkar kimi şəhid ailələrinə və qazilərə etdiyi maddi və mənəvi dəstəyindən, hər zaman xalqına, dövlətinə onun hakimiyyətinə sadiqliyindən, etibarından danışaraq ünvanına xoş sözlər söylədilər. Xuraman xanımın söz dünyasından söhbət açan Millət vəkilləri onun şeirlərindən nümunə gətirərək qəlbə yatımlı, yadda qalan və ruhu oxşayan misralarını önə çəkdilər və Azərbaycan Yazıçılar Birliyinin üzvü olması münasibəti ilə onu təbrik etdilər.
AYB-nin katibi, Əməkdar incəsənət xadimi yazıçı-dramaturq Elçin Hüseynbəyli bu qədər insan sevgisini qazanan və “Sənə məktub yazacam” mahnısı ilə hər kəsin ürəyində öz sevgisini yaradan Xuraman xanım Muradovaya ən xoş ürək sözlərini çatdırdı. Və AYB-nin üzvü olması münasibəti ilə səbəbkarı təbrik etdi.
Əməkdar İncəsənət xadimi Fəxriyə Xələfova Xuraman xanım, onun rəhbəri olduğu Milan Hospitalı haqqında ürək sözlərini söylədi və təbrik etdi.
Əməkdar incəsənət xadimi, rejissor, yazıçı-dramaturq Ağalar İdrisoğlu müəllifin yaradıcılığından, sahibkar fəalyyətindən ürək dolu söz açdı. Bu ilin Heydər Əliyev-100 adlandırılması ilə əlaqədar Xuraman xanımın “Azad Azərbaycan” dövlət qəzetindəki və aparıcı saytlarda Ulu Öndərimiz haqqındakı “ Milli sahibkarlığın ideya müəllifi, yaradıcısı və böyük memarı” esse yazısını tədbir iştirakçılarının nəzərinə çatdırdı. Və Xuraman xanımın ünvanına təbriklər söylədi.
Kitabın redaktoru, tanınmış şairə-publisist, yazıçı Nəcibə İlkin maddi varlıqlar olan insan, söz və qadın haqqında söhbət açaraq, fikirlərinin cəmində bu dəyərli varlıqların Xuraman xanım Muradova şəxsiyyətindəki bütövlüyndən danışdı. Onun yaradıcılığından, şeir dünyasından söhbət açdı. Və bir şeirini söyləyərək Xuraman xanımı Azərbaycan Yazıçılar Birliyinin üzvü olması münasibəti ilə ürəkdən təbrik etdi.
Azərbaycan Sahibkar İctimai Birliyin sədri Zemfira xanım Ağayeva, həkim-oftomoloq Yazgül xanım, Xəzər Tv-nin əməkdaşı İradə xanım, ictimai xadim Vəfa Abbasova çıxış edərək ürək sözlərini söylədilər. Müğənnilərdən Nuriyyə Hüseynova və Mirələm Mirələmov müəllifin yaradıcılığı barədə gözəl fikirlərini tədbir iştirakçılarına çatdırdı.
Sonra “Sənə məktub yazacam” mahnısı səsləndi. Xuraman Muradovanın şeirləri bəddi qiraətçilərin ifasında yüksək peşəkarlıqla ifa olundu.
Tədbirin sonunda Xuraman xanım tədbir iştirakçılarına, təşkilatçılarına və zəhməti olan hər kəsə yenə də təşəkkürünü bildirdi. Azərbaycan Yazıçılar Birliyinin üzvü olduğu üçün AYB-nin rəhbərliyinə və şəxsən Xalq yazıçısı Anara, Xalq yazıçısı Natiq Rəsulzadəyə, tədbiri idarə edən şair Xəyal Rzaya təşəkkürünü bildirdi. Sonda xatirə şəkilləri çəkildi.
Nəcibə İLKİN,
Şairə-publisist, yazıçı
Azərbaycan Yazıçılar və Azərbaycan Jurnalistlər Birliklərinin üzvü
Prezident mükafatçısı
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.