Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının əməkdaşları və oxucular 18 aprel – Tarixi Abidələrin Mühafizəsi Günü ilə əlaqədar olaraq İçərişəhər Tarix-Memarlıq Qoruğuna ekskursiya təşkil etdilər.
Kitabxananın əməkdaşları İçərişəhər Tarix-Memarlıq Qoruğunda Şirvanşahlar Saray Kompleksini, Yeraltı hamam və digər tarixi yerləri ziyarət etdilər.
Uzun müddət İçərişəhərdə baş mühafizəçi kimi fəaliyyət göstərən Esmira Kazımova çıxış edərək bildirdi ki, İçərişəhərin memarlıq tacı sayılan Şirvanşahlar Saray Kompleksi Azərbaycan xalqının qədim və zəngin mədəniyyətinin möhtəşəm rəmzidir. O, İçərişəhərin ən hündür nöqtəsində yerləşən Şirvanşahlar saray binasının 2 mərtəbədən, ümumi 52 otaqdan ibarət olduğunu vurğuladı. O, kitabxananın əməkdaşlarını sarayın divanxanasını ilə tanış edərək bildirdi ki, Saray kompleksin maraqlı tikililərindən biri də divanxanadır. Buradakı giriş qapısının üzərindəki yazı da binanın təyinatından xəbər verir. Divanxanaya daxil olan yerdə, qapının üstündə Qurani-Kərimdən götürülmüş yazıda deyilir: “Allah öz istədiyi insanları düz yolla aparır”. Daha sonra o, Şirvanşah I Xəlilüllahın anasının və oğullarının dəfn olunduğu türbə, xüsusi maraq doğuran və xalq arasında “Dərvis türbəsi” kimi tanınmış Seyid Yəhya Bakuvinin məqbərəsi, islam mədəniyyətinin nadir nümunələrindən olan hamamxana binasının tarixi haqqında geniş məlumat verdi.
Daha sonra Esmira Kazımova bildirdi ki, Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı mədəni irsin qorunmasına təkan verdi. Bu nəhəng işin nəticəsi Şirvanşahlar Saray Kompleksi və Qız qalası ilə birlikdə Ümumdünya Mədəni İrs siyahısına daxil edilməsi oldu. O, Ulu Öndərin təşəbbüsü və rəhbərliyi ilə tarix-mədəniyyət abidələrinin mühafizəsi və bərpası istiqamətində mühüm işlər gördüyünü vurğuladı.
Kitabxananın Oxu zalının müdiri Təranə İsgəndərova çıxış edərək bildirdi ki, Azərbaycan xalqı qədim tarixə, tükənməz mədəniyyətə malikdir və İçərişəhər Azərbaycan xalqının sərvətidir.
Kitabxananın əməkdaşları Şirvanşahlar Saray Kompleksinin eksponatlarına baxış keçirdilər. Daha sonra Təranə İsgəndərova bir çox sirləri özündə gizləmiş Şirvanşahlar Saray Kompleksinin eksponatları haqqında maraqlı məlumatlar verdi.
Kitabxanaın əməkdaşları XVII əsrə aid Yeraltı hamamı ziyarət etdilər. Hamamda yerləşdirilmiş qədim tarixi eksponatlar haqqında məlumatlandırıldılar.
Ümummili Lider müasir Azərbaycan dövlətinin memarı, tarix və mədəniyyətin hamisi kimi xidmətləri gələcək nəsillər tərəfindən minnətdarlıqla xatırlanacaqdır.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.