AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutu və Azərbaycan Coğrafiya Cəmiyyətinin təşkilatçılığı ilə Azərbaycan Dövlət mükafatı laureatı, coğrafiya elmləri doktoru, professor Naib Şirin oğlu Şirinovun 100 illik yubileyinə həsr olunmuş “İnsan və relyef təbii təkamülün əsas hissəsi kimi” mövzusunda elmi-praktik konfrans keçiriləcək.
Konfransda müasir geomorfologiya, paleocoğrafiya, landşaft planlaşdırılması və relyef, regionların davamlı inkişafı və sosial problemlər, Azərbaycanın təbii ehtiyat potensialından istifadə, regionların turizm və rekreasiya imkanları, torpaq, iqlim və su ehtiyatları, təbii komplekslərin ekoloji problemləri, insan və relyef amili və s. mövzularda məruzələr dinləniləcək, müzakirələr aparılacaq.
Tədbirin keçiriləcəyi yer və tarix: H.Cavid pr.115, akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu (AMEA-nın Əsas binası, 8-ci mərtəbə, akt zalı), 25 yanvar, saat 11.00.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.