Ağaddin Babayev:
Lənkəran teatrında yeni tamaşanın premyerası olub
AZpressAZ xəbər verir ki, aprelin 15-də Lənkəran Dövlət Dram Teatrında Könül Məmmədovanın "Yaşayan ölü" pyesi əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası olub. AZpressmedia.AZ xəbər verir ki, səhnə əsərində cəmiyyətimizdə insanların səhhətinə, psixoloji durumuna, sosial-iqtisadi vəziyyətinə neqativ təsir göstərən, cinayətlərin artmasına səbəb olan narkomaniyanın və narkotik vasitələrin törətdiyi fəsadların iki qohum ailənin faciəsinə necə yol açmasından bəhs olunur.
Məlum olur ki, narkomaniyaya aludə olmuş Xalidə dünyaya şikəst gətirdiyi oğlan uşağından-Nahiddən hələ onun körpəliyi zamanı imtina etmişdir. İkinci oğlu Orxan da məhz Xalidənin etinasızlığı və laqeydliyi ucbatından narkomaniyaya qurşanaraq acınacaqlı həyat tərzi keçirir. Son nəticədə o, anlaqsız hərəkətləri ilə doğma əmisi qızı Nərgizi bədbəxt edir.
Tamaşaçılar səhnədən narkotiklərdən istifadənin fiziki və ruhi sağlamlıq üçün nə kimi dəhşətli nəticələr törətdiyini əyani surətdə görə bilirlər.
Maraqla izlənilən tamaşanın quruluşçu rejissoru Anar Babalı, quruluşçu rəssamı Tərlan Sadıqov, musiqi tərtibatçısı Miranda Qurbanovadır.
Rolları aktyorlardan Miraslan Ağayev (Eldar), Təranə Fərəcova (Xalidə), Emil Rzayev (Orxan), Saleh Əzimzadə (Nahid), Qızılgül Quliyeva (Reyhan), Rauf Zeynalov (Akif), Aysel Babazadə (Nərgiz), və Şəbnəm Hüseynova (Sevda) ifa ediblər.
Əlavə edək ki, "Yaşayan ölü" tamaşasl Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 iyul tarixli 1334 nörməli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı Mədəniyyət Nazirliyinin təsdiq olunmuş tədbirlər planına uyğun olaraq səhnələşdirilib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.