Yaz gəldi. Bu gün bir neçə insanı qara eynəkdə gördüm. Qara eynəklər yalnız günəşdən qorunmaq vasitəsidirmi?
Bu fakta peşəkar münasibətimi bildirmək istəyirəm.
Gözlərin insan həyatındakı əhəmiyyətini hamınız bilirsiniz. İşıqlı dünyaya açılan bu "pəncərələr" ətraf mühitdən 90 faizdən çox informasiyanı qəbul edir. İnsan gözləri 10 milyondan artıq rəng seçə bilir! Onlar təkcə boz rəngin 500-dən çox çalarını ayırd edə bilir.
Heyvanlar aləmində insan gözünə ən oxşarı, köpək balığının gözləridir, söhbət təkcə acgözlükdən getmir. Gözlər görmə ilə yanaşı, əks tərəfin fikirlərını qəbul edə bilir ve eyni zamanda əks tərəfə fikir də ötürürlər. Gözlə, baxışlarla ünsiyyət insan ünsiyyətinin ən ali formasıdır. Bir baxış yüz sözü əvəz edə bilir. Dillə izah oluna bilməyən şeylər bir baxışla çatdırıla bilir.
Təsadüfi deyil ki, ruhumuzun ən ali və ülvi hissi olan sevginin dili baxışlardır. Ən maraqlısı və önəmlisi odur ki, gözlər dildən fərqli olaraq yalan "danışa" bilmirlər, insan istəsə belə. Bu səbəbdən cəsuslar, xüsusi xidmət orqanlarının işçiləri qara eynək taxırlar ki, fikir və məramlarını gizlədə bilsinlər. Peşəkar qumarbazlar da bu səbəbdən elə edirlər, oynayanda qara eynək taxırlar.
Fikir vermisinizsə, məişət səviyyəsində yalançılar da baxışlarını gizlətməyə çalışırlar. Bu səbəbdən uşaqlar da yalanları varsa, gözlərini yerə dikməyə cəhd göstərirlər. "Yalan danışma, gözümün içinə dik bax" ifadəsi də bu səbəbdən yaranıb. Adi insanlar da "ehtiyac" olduqda qara eynək arxasında "gizlənə" bilirlər. Ünsiyyətdə olan insanlar qara eynəkdədirlərsə, səmimiyyət çətin ki alına.
Müəllim tələbəyə "zülm" etmək istəyirsə, qara eynək taxsın. Tələbə cavab verəndə müəllimin gözlərinə baxıb müəyyən edə bilir, düz yoldadır ya yox. Əks halda tələbəyə "stres" təmin olunur.
Facebookda da bir-birimizin gözlərini görmədiyimizdən yalanla bağlı "yaradıcılıq" imkanlarımız böyükdür.
Dost məsləhəti: Əgər qara eynəkdə kimləsə görüşürsünüzsə, mütləq eynəyinizi çıxarın, ikiniz də bu halda rahat olacaqsınız, bu səmimi ünsiyyət üçün gözəl zəmin olar.
Hamıya aydın baxışlı gözlərə baxmağı arzulayıram.
Hümbət Həsənoğlu
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.