M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi zalının səhnəsində "Şərq və Qərbin astanasında" adlı konsert təşkil olunub.
Konsertdə violin və kamançanın birgə müşaiyəti konsepti nəzərdə tutulmuşdu. Bu sintezin ideyası və həmçinin violin və kamança üçün bəzi əsərlərin notlaşdırılması Respublika və beynəlxalq müsabiqələr laureatları Canel Nəcəfliyə məxsusdur və ilk dəfədir ki, belə bir sintez edilir. Bu sintez ilə məqsəd şərq və qərbin musiqi mədəniyyətini birləşdirib, nümayiş etdirmək idi.
Musiqili gecədə solistlər Respublika və beynəlxalq müsabiqələr laureatları Canel Nəcəfli (violin) və Aytən Rüstəmli (kamança), Əli Talıbov (piano), Kənan Sadıqov (kontrsaz), Cəfər Həsənovun (kajon) müşaiyəti altında öz ifalarını dinləyicilərə təqdim ediblər.
Proqramda Tofiq Q_uliyev, Vasif Adıgözəlov, Astor Piazzolla, Yohannes Bramsın əsərləri səslənib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.