Salyan Dövlət Kukla Teatrında "Kaloğlanın macəraları" tamaşasının premyerası keçirilib.
AZpressmedia.AZ xəbər verir ki, yazımı-dramaturq Ağaddin Babayevin eyniadlı əsəri əsasında hazırlanan tamaşada uşaqların təhsilə, kitaba meyl edilməsinin vacibliyindən bəhs edilir.
Nağıl qəhrəmanlarının diliylə müəllif uşaqları kitab oxumağa dəvət edir, savadsızlıq, dəcəllik birmənalı tənqid olunur.
Tamaşanın quruluşçu rejissoru Əməkdar artist, Salyan Dövlət Kukla Teatrının baş rejissoru Rafiq Mirzəyev, rəssamları Ceyhun Rüstəmbəyli və Gülay Abbaslı, rejissor assistenti Aynur Ağalarova, musiqi tərtibatçısı isə Elvin İsayevdir.
Səhnə əsərində rolları aktyorlardan Elşən İsmayıl, Xuraman Qədirova, Nahid Rüstəmbəyli, Röyal Qurbanov, Nərmin Hüseynli və Böyükağa Mehdizadə canlandırıblar.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.