Kanadanın Ontario əyalətinin York mahalında yerləşən Markham şəhərində Şaran Karunakaran adlı şəxs məscidə daxil olaraq Qurani-Kərimi cırıb.
Hadisə aprelin 7-si baş verib.
Belə ki, 28 yaşlı şəxs Quranı cıraraq insanları təhqir edib.
Markham İslam Birliyi (ISM) hücumun Ramazan ayı səbəbiylə məscidin sıx olduğu bir vaxtda baş verdiyinə diqqət çəkib.
“Hücumçu məscidə girər-girməz Quranı cıraraq, camaat ünvanına irqçi və islamofob sözlər dedi. Daha sonra o məsciddən çıxaraq avtomobilini insanların üzərinə sürdü. Camaatın təhlükəsiz olduğundan əmin olmaq üçün cəld hərəkət edən və bu şəxsi həbs edib ittiham edən York Regional Polisinin dəstəyini yüksək qiymətləndiririk. Polisi bu məsələni potensial nifrət motivli cinayət kimi araşdırmağa çağırırıq”,- açıqlamada bildirilib.
Polis tərəfindən yaxalanan şübhəli şəxs çərşənbə axşamı Ontario Ali Ədalət Məhkəməsində hakim qarşısına çıxacaq.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.