Aprelin 4-də “NUR Art House” qalereyası ilə “Arts Council Azerbaijan” Qeyri-Hökumət Təşkilatının birlikdə həyata keçirdiyi “START” layihəsi çərçivəsində gənc və həvəskar rəssamların yeni sərgisinin açılışı olub.
Sərgidə Brazilya Federativ Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruz, Britaniya Ticarət və Sənaye Palatasının nümayəndələri, “Yarat” İctimai Birliyinin üzvləri, mədəniyyət və incəsənət xadimləri iştirak edib.
Aprelin 12-nə kimi davam edəcək sərgi Azərbaycan gəncliyinin inkişafı, onların mənəvi dəyərlər əsasında tərbiyəsi və yaradıcılığının düzgün istiqamətləndirilməsi, istedadların aşkarlanması və tanıdılması məqsədilə həyata keçirilən “START” layihəsi çərçivəsində gənc və həvəskar rəssamların sənətsevərlərlə növbəti görüşüdür.
İncəsənətin təbliğində gənclərin rolunu artırmaq, onların bu işin təbliğatçısı qismində çıxış etmələrinə dəstək olmağı hədəfə alan sərgidə müxtəlif mövzuda işlənən sənət əsərləri nümayiş olunur.
Sərgidə Əsmər Məmmədova, Leyli Museyibova, Məryam Kiblayeva, Nailə Aslanova, Marta Ramazanova, Çinarə Əhmədova, Aliya Matkazina, İnna Seleznyova, Reyhan Məhərrəmova, Məryəm Əsədova, Reyhan Osmanova, Firəngiz Tarverdiyeva, Günel Alişan, Nərgiz Göyüşova, Günеl Ağakişiyeva, Günay Bayramova, Natalya Prikota, Vəfa Əhmədova, Emiliya Axundova, Gülruh Vəzirova əsərləri ilə iştirak edirlər.
Sərgiyə 05-12 aprel 2023-cü il tarixlərində İçərişəhər, Qəsr küçəsi 27 ünvanında yerləşən ”NUR Art House” qalereyasında saat 11:00-18:00-dək tamaşa etmək olar. Giriş sərbəstdir.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.