Uşaq pulu valideynə yardım məsələsi deyil. Bu, dövlətçilik fəlsəfəsidir.
Dövlət vətəndaşla münasibəti o doğulan gündən qurur. Dövlət-vətəndaş münasibəti qarşılıqlı etimad fundamenti üzərində belə yaranır.
İsveçdə "barnbidrag" deyilən uşaq pulu aylıq 1250 kron - 125 avrodur. Bu pul sosial nərdivanın hansı pilləsində durmasından asılı olmayaraq, bütün uşaqlara verilir - milyonçu ailəsində yaşayan da, kasıb, işsiz ata-ananın balası da eyni məbləğdə alır onu. Şəklini paylaşdığım İsveç şahzadəsi Viktoriyanın balası da həmçinin.
16 yaşadək bu pul valideynə verilir. Bu yaşdan sonra hər uşağa bank hesabı açılır. 18 yaşadək orta təhsilini davam edən yeniyetmənin özü alır.
İsveçin əhalisi bizim kimi 10 milyondur. Ötən il uşaq pulu 32 milyard kron - 3,2 milyard avro ödənilib.
Uşaq puluna adi yardım yox, dövlətçilik fəlsəfəsi kimi baxan ölkələrdə belədir.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.