AZPRESSMEDİA.AZ xəbər verir ki, martın 31-də Bakı Kitab Mərkəzində "Khojaly Scream” (“Xocalı harayı”) kitabının təqdimat mərasimi keçirilib. İngilis dilində nəşr olunan kitab tanınmış rəssam, animasiya rejissoru Nazim Məmmədovun Xocalı soyqırımına həsr etdiyi rəsmlərdən ibarətdir.
Tədqiqatçı Fuad Axundov və şairə Ülviyyə Axundovanın aparıcılığı ilə keçən gecədə çıxış edən Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev rəssamın yaradıcılığı haqqında danışarkən bildirib ki, “Xocalı harayı” silsiləsində N.Məmmədov Xocalı faciəsinin bütün dəhşətini əks etdirməyi bacarıb. Gecədə əməkdar artist, tarzən Sahib Paşazadə və pianoçu Səidə Tağı-zadə çıxış ediblər. Təqdimata toplaşanlar, həmçinin Nazim Məmmədovun rəsmlərindən ibarət sərgi ilə tanış olub. Sonda rəssamın oğlu və kitabın tərtibatçısı Dadaş Məmmədov təqdimat təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.