Donald Tramp ABŞ tarixində ona qarşı irəli sürülən ittiham səbəbindən məhkəməyə çıxarılacaq ilk eks-prezident olacaq.
Sabiq prezidentin vəkili Co Takopina Nyu-York məhkəmə heyətinin cinsi əlaqədə olduğu iddia edilən porno aktrisa Stormi Denielsə 130 min dollar “susmaq payı” ödəməsi ilə bağlı aparılan təhqiqat çərçivəsində Trampın mühakiməsinə qərar verdiyini açıqlayıb.
2024-cü il prezident seçkilərində namizəd olan Tramp martın 18-də Manhetten prokurorunun apardığı istintaqla bağlı həbs olunacağını gözlədiyini və buna görə də tərəfdarlarını etirazlara çağırdığını bildirib.
Deniels 2016-cı ildə Trampla cinsi əlaqədə olduğu iddiası ilə bağlı səssiz qalması üçün 130 000 dollarlıq müqavilə imzaladığını iddia edir, amma bunun Tramp tərəfindən imzalanmadığı üçün etibarsız olduğunu deyir.
Eks-prezident porno ulduzun ittihamlarını rədd edərkən, Trampın keçmiş vəkili Maykl Koen onun adından Denielsə öz hesabından 130 min dollar ödədiyini iddia edir. Onun sözlərinə görə, Trampın şirkətləri daha sonra ona təxminən əlavə olaraq 420 min dollar bonus ödəyiblər.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.