AR Elm və Təhsil nairliyinin Botanika İnstitutunda Etnobotanika şöbəsinin əməkdaşları Ağsu rayonunda ekspedisiyada olublar.
Əsas məqsəd meşə ekosistemlərinin və Tuqay meşə bitkiliyinin müasir vəziyyətinin öyrənilməsi və erkən yaz bitkilərinin tədqiqi olub.
Ağsu rayonunun Kalva, Xatman, Dilman və Hacıman kəndləri ərazisində aparılan tədqiqatlar zamanı 40-dan çox dərman və qida əhəmiyyətli ağac, kol və ot bitkiləri qeydə alınıb. Erkən yaz bitkilərindən 11 fəsiləyə aid 48 herbari nümunələri yığılıb, bəzi lokalitetlərinin GPS koordinatları götürülüb və populyasiyalarının vəziyyəti öyrənilib
Müəyyən olunub ki, tədqiq olunan meşə ərazilərində Ağ küstüm və ya Öksə otu (Viscum album L.) bitkisi geniş yayılmışdır. Öksə otu dərman və kauçuk bitkisi kimi əhəmiyyətli hesab olunsa da, lakin meşə sahələri üçün ciddi təhlükədir. Bu yarımparazit bitki geniş yaylmaqla ağacları məhv edir. Müşahidələr göstərir ki, Öksə otuna yoluxmuş ağacların davamlılığı azalır və mənzərələr dekorativ effektini itirir. Meşələrdə bu və digər parazitlər üçün mübarizə tədbirlərinin aparılmaması cavan fərdlərin təhlükə altında olmasının göstəricisidir.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.