Komediya davam edir. Keçmiş MTN-nin quldur generallarının ardınca cinayətkar Vüqar Səfərlinin də müsadirə olunan əmlakları geri qaytarıldı. Bununla bağlı Ali Məhkəmə qərar çıxarıb. Bu o deməkdir ki, 10 il 6 ay həbs cəzası alan V.Səfərlinin özü də bir müddət sonra azadlığa çıxacaq.
Ölkədə çox pis presedentlər yaranıb. Bu, məhkəmə-hüquq sisteminin bərbad vəziyyətdə olmasının göstəricisidir.
Belə çıxır ki, dövlət büdcəsini dağıt, cinayət yolu ilə sərvət qazan, vəzifə səlahiyyətlərindən istifadə edərək saxtakarlıqlar elə, axırda da müsadirə olunan əmlaklarını geri qaytarsınlar, daha sonra da azadlığa çıx...
V.Səfərlinin müsadirə olunan və bundan sonra özünə qaytarılacaq əmlaklarının siyahısına diqqət edin:
1. Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 23 ünvanında yerləşən qeyri-yaşayış sahəsi
2. Xətai rayonu, Əhmədli qəsəbəsi, Əhmədli 9 küçəsi, ev 14 ünvanında yerləşən torpaq sahəsi
3. Binəqədi rayonu, Goradil kəndindəki 0,104 hektarlıq bağ sahəsi
4. Xətai rayonu, Lütfi Zadə küçəsi, ev 18A (49 kv/m)
4. İsmayıllı rayonu, Ticran kəndində yerləşən 0,1 hektarlıq torpaq sahəsi
5. İsmayıllı rayonu, Ticran kəndində yerləşən 0,19 hektarlıq torpaq sahəsi
6. “Mercedes Benz ML 350”, “Volkswagen Tuareg” və “Toyota Land Cruiser” markalı avtomobillər
7. Binəqədi rayonu, Novxanı kəndində yerləşən 0,223 hektar torpaq sahəsində olan 701 nömrəli 192.8 kv/m-lik bağ evi
8. Binəqədi rayonu, Novxanı kəndində yerləşən 291 kv/m-lik bağ evi
9. Oğlu Seymur Səfərliyə məxsus Xətai rayonu, 8 Noyabr prospektində yerləşən 23 nömrəli evin birinci mərtəbəsindəki 39 kv/m-lik qeyri-yaşayış sahəsi
10. "Rabitəbank" ASC-də hesabında olan 300 min manat depozit
11. "Rabitəbank" ASC-də oğlunun hesabına olan 500 min manat depozit
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.