Ukrayna mediası Qərb mənbələrinə istinadla bir neçə gündür Ermənistanın Rusiyanın apardığı işğalçı müharibənin birbaşa iştirakçısı olduğu haqda çox sərt məqalələrlə çıxış edir.
Qərb mənbələri Rusiyanın sanksiyalardan yayınmasında Ermənistanın əsas kanallardan biri olduğunu vurğulayıblar.
Qeyd edilir ki, Ermənistan Rusiyanın hərbi sənayesinin ehtiyac duyduğu avadanlıqları almasında da fəal iştirak edir.
"Beləliklə, İrəvan Tehranla birgə Ukraynaya qarşı təcavüzdə şərik kimi çıxış edir", - mənbələr bildirir.
"Podrovnosti" (Podrobnosti.ua) saytının yazdığına görə, Ermənistan ruslara məişət texnikası almaq adı altında düşmənin hərbi texnikasını Qərbin ehtiyat hissələri ilə təmin edir.
"Teleqraf" (Telegraf.com.ua) isə yazır: "Məhz Ermənistan bazarı vasitəsilə İran dron-kamikadzeləri ötürülür və bu silahlar Ukraynada dinc şəhərləri vurur. Polşanın "New Eastern Europe" nəşrinin məlumatına görə, İran Ermənistanın əli ilə Rusiyanın Ukraynaya qarşı müharibəsini dəstəkləyir. ABŞ-da rəsmi mənbələr rusların ermənilərlə əməkdaşlığını təsdiqləyir".
Qazeta.ua (Gazeta.ua): "Təcavüzkarla belə "sakit" əməkdaşlığın ən xoşagəlməz cəhəti odur ki, bu, təkcə mülki istehlak mallarına deyil, həm də hərbi təchizata aiddir. Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi də rusların İrəvanın dəstəyi ilə işlədikləri barədə məlumat verir. Bu cür məlumat artıq Qərb tərəfdaşları tərəfindən də təsdiqlənib".
Kp.ua: "Son bir ildə İrəvan və Moskva arasında iqtisadi əməkdaşlıq əhəmiyyətli dərəcədə artıb. Ermənistan faktiki olaraq Rusiya bazarı üçün sanksiya mallarının alınması üçün tranzit məntəqəsinə çevrilib".
"Glavred": "Ermənilər Qərbdə ruslar üçün "rəsmi alıcıya" çevriliblər. Beləliklə, İrəvan Rusiya bazarı üçün müasir elektron avadanlıqların, smartfonların, eləcə də Qərb brendlərinin yeni avtomobillərinin alınmasına kömək edir. Ermənistan faktiki olaraq soyuducu və paltaryuyan maşınları alıb, Rusiya bazarına göndərməklə Kremlin Ukraynaya qarşı müharibəsinə yardım edir".
"Ukranyus" (Ukranews): "Ermənilər təkcə Qərbdəki loyal siyasətçilər vasitəsilə düşməni siyasi baxımdan dəstəkləmir, həm də rusların Qərb bazarlarında vasitəçiləri kimi çıxış edirlər".
Faktı.ua (Fakty.ua): Son bir ildə Moskva və İrəvan iki ölkə arasında ticarət dövriyyəsini kəskin artırıblar. Faktiki olaraq bu, ona görə baş verib ki, Ermənistan tərəfi Rusiya üçün lazım olan, Qərbin sanksiyaları ucbatından əldə olunmayan malların alınması ilə məşğuldur".
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.