24 iyun 2025
• XƏBƏRLƏR ARXİVİ
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi

Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır

Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı

Ağdərə rayonu yenidən YARADILIR

Ağdərə rayonu yenidən YARADILIR

Psixotrop dərmanları almaq üçün saxta resept hazırlayan dəstə üzvləri tutulub +VİDEO

Psixotrop dərmanları almaq üçün saxta resept hazırlayan dəstə üzvləri tutulub +VİDEO

Narkotikin təsiri altında olan sürücü SAXLANILDI +VİDEO

Narkotikin təsiri altında olan sürücü SAXLANILDI +VİDEO

Saxta dollar satan dəstə üzvləri saxlanılıb +VİDEO

Saxta dollar satan dəstə üzvləri saxlanılıb +VİDEO

İnstitut direktoru prorektorun qətlini sifariş verdiyinə görə HƏBS EDİLDİ

İnstitut direktoru prorektorun qətlini sifariş verdiyinə görə HƏBS EDİLDİ

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

Heydər Əliyev və müstəqillik +FOTO=5

Heydər Əliyev və müstəqillik +FOTO=5

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

21-Cİ ƏSRİN 20 İLİ

21-Cİ ƏSRİN 20 İLİ

• Ordu-FHN
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Musiqi Şou Aləmi

1. Ana Səhifə
2. DÜŞÜNMƏK ÜÇÜN İNFORMASİYA
1. Ana Səhifə
2. Mədəniyyət
DÜŞÜNMƏK ÜÇÜN İNFORMASİYA Mədəniyyət

Hümbət Həsənoğlu: Radar

2 il əvvəl 855 01

(novella)

Azər müstəntiq kimi işə düzəldiyinin ikinci ayında başa düşdü ki, şəxsi maşını olmasa, çətin olacaq.

Maşın bazarında ürəyinə yatdığı maşına ilk dediyi qiymətə yiyəsi anında razılaşdı, heç alver eləmədi də.

Notariusun ona dediklərini xatırladı:- iki ilin maşınıdır, amma yeddinci dəfədir ki, alqı- satqı tərtib edirəm. Bu maşın haqda hər şeyi bilirəm.

Bu maşının ilk yiyəsi Coratlı maşın ustası Dadaşın oğlu Bəşir olub.

Bəşir dənizdə üç uşağı dalbadal xilas etmişdi, dördüncünün arxası üçün gedib, qayıtmamışdı.

Maşın sahibi açarları ona verəndə demişdi ki, qardaş, özünü radarlardan qoru.

Radarlarla onun problemi olmayacaqdı, tələbə dostu Yusif radar şöbəsinə işə düzəlmişdi. O şöbədə uzun illər işləyən qaynanası ona bu işdə dəstək olmuşdu.

Maşına oturduğu ikinci gün maşında bir qəribəliyin olduğunu artıq dəqiq bilirdi. İnanılmaz da olsa, olanları qəbul etmək məcburiyyətindəydi. Maşın yolda radar qurğularına yaxınlaşan kimi sürətini kəskin artırırdı. Ən ilginc olanı da o idi ki, bu anlar maşın idarədən çıxırdı, əyləci döşəməyə sıxmağın da xeyri olmurdu. Elə təəssürat yaranırdı ki, maşını o məqamlarda üçüncü şəxs idarə edir. Radarı keçəndən sonra maşın yenidən idarə oluna bilirdi.

Yox, o, maşını satmayacaqdı, amma bunun səbəbini mütləq tapmaq istədi.

O, ezoterika haqda, ruhlar haqda, mistik hadisələr haqqında çox oxumuşdu.

Düşündü ki, araşdırmanı bu maşının dünyasını dəyişmiş sahibindən başlasın.

Dadaş ustanı Coratda tapmaq heç çətin olmadı, onu hamı tanıyırdı.

O özünü ustaya təqdim edəndə, Dadaş əvvəl ona, sonra maşına baxıb bir siqaret yandırdı.

Dedi ki,- yaxındakı qəbirəstanlığa, elə oğlunun yanına gedir, yolda istənilən suala cavab verə bilər.

Əslində suala ehtiyac qalmadı, o özü sözə başladı:- Bəşir uşaqlıqdan maşına həvəs göstərirdi, məni ötmüşdü ustalıqda, mən artıq kompüteri olan maşınlara girişmirdim, o işləri də yaxşı öyrənmişdi. Səndə olan maşını o özü sıfırdan yığmışdı.Maşınla danışırdı, o qədər sənətinə vurğun idi. Amma nakam getdi bu dünyadan. Qonşu həyətdə bir qız var idi, uşaqlıqları bir yerdə keçmişdi. Onu sevirdi, mənə dedi ki, elçi gedim. Qızın atası yeni işə düzəlmişdi, pulu yaxşı gəlirdi yəqin, Bakıda villa almışdı. Bütün radarların böyüyü idi.

Dadaş radar sözünü deyən kimi onun dalağı sancdı.

- Elçi getdim, dedim bu uşaqlar körpəlikdən bir yerdədirlər, qoy axıra qədər də bir yerdə olsunlar.

Atası razılaşmadı. Dedi;- mənim maşın ustasına verəcəyim qızım yoxdur.

Azərə müstəntiq intuisiyası deyirdi ki, indi qızla görüşmək gərəkdir.

O, dostu Yusifə zəng etdi.

Yusif onun səsinə eşitcək;- qardaş, avtoşluq edirsən, xeyir ola? Xəbərin var, bir radar buraxmırsan ee?

- Yusif, sənə işim düşüb. Mənə sizin şefin qızının telefonu lazımdır.

- Aha, iştahan pis deyil.

Lalə filologiyanın son kursunda oxuyur, həndəvərinə də heç kimi buraxmır.

- Çox lazımdır.

- Yaxşı, qaynanamdan qızın telefonunu xahiş edərəm, amma qalanı sənlikdir.

Laləni tapmaq ona çətin olmadı, müstəntiq vərdişləri ona bu işdə kömək oldu.

Nəhayət, bu da o.

- Lalə xanım, salam. Mənim adım Azərdir, müstəntiqəm, bir iş araşdırıram, Bəşirlə bağlıdır.

- Dadaş əminin oğlu Bəşirlə?

- Bəli, onunla.

- Əlbəttə.

- Siz Bəşirin qəbrini ziyarət etmək istəməzdiniz?

Araya sükut çökdü.

- Mən bunu çox istəyərəm, axı mən onunla vidalaşa bilməmişəm hələ...

- Sabah mən istədiyiniz yerdən sizi götürə bilərəm.

Elə insanlar var ki, onları görəndə düşünürsən, mən bu insanı haradasa, dəfələrlə görmüşəm. Belə insanlar ilk baxışdan tanış yox, doğma gəlirlər.

Azər Laləni görəndə məhz bu hissləri yaşadı. Bu qızı dəfələrlə görmüşdü, harada gördüyünü isə yadına sala bilmirdi.

Lalə maşına oturduqdan sonra, Azər ilk radar görəndə təlaşlandı, heç istəmirdi ki, qız görsün o, radarları necə saymazyana sürətlə keçir.

Amma elə bil Lalənin maşına oturmağı ilə maşın ram olmuşdu, o yolboyu radarları qəbul olunan sürətlə də rahat keçirdi.

Lalə qəbirəstanlığın girəcəyində bir dəstə qərənfil aldı. O, qıza Bəşirin qəbrini göstərib özü aralaşdı. Uzaqdan yalnız qadınlara xas səliqə ilə sinədaşına düzülən qərənfilləri seyr etdi. Geri qayıdanda, Lalə qara eynək taxmışdı. Dəsmalla burnunu tez - tez silməyi, onun ağladığına dəlalət edirdi.

Maşından düşməmiş Lalə ondan əks tərəfə baxaraq dedi; - mən ömrüm boyu sizə bu günə görə minnətdar olacağam. Onunla vidalaşa bilmədiyimdən ruhum heç sakit ola bilmirdi, ruhum həmişə səksəkədə idi. Var olun!

Qız maşını tərk edəndən sonra o, dönüb bir az əvvəl Lalənin oturduğu yerə baxıb dedi: - Bəşirin də ruhu səninlə vidalaşmadığından bu dünyanı tərk edə bilmirdi. O, özü yığdığı bu maşınla ətrafa haray salırdı ki, səninlə vidalaşa bilsin.

O geri dönüb, qızın oturduğu yerin yanındakı boş oturacağa baxıb ucadan dedi: - Bəşir, Allah sənə rəhmət eləsin, indi xatircəm bu dünyanı tərk edə bilirsən! Ruhun göylərdə həmişə rahat olsun!

Üç gün sonra onun maşınını yuyan oğlan, əlində qara eynək ona yaxınlaşdı;- arxa oturacağın küncündən tapdım.

Əlinə eynəyi alan kimi Lalənin siması gözünün önünə gəldi. Sima onun beynini elə bil işıqlandırdı və bu günlər heç cür yadına sala bilmədiyi bir şeyi aydın gördü.

O maşın aldıqdan sonra yuxusunda tez- tez bu simanın sahibi ilə nərd oynayırdı. Hər səhər də bu yuxuların qəribəliyinə təəccüblənirdi, hərçənd ki, insanlar tanımadıqları, heç vaxt həyatda görmədikləri insanları da yuxuda görürlər.

O, telefonunda artıq qeyd etdiyi telefona zəng etdi.

- Salam.

- Salam, Azər.

Özlüyündə düşündü, o da mənim telefonumu qeyd edib, deməli.

- Lalə xanım, sizin eynəyiniz tapılıb, maşınımdan.

- Hə, nə gözəl, ümidimi artıq itirmişdim, sağ olun.

- Hara desəniz, gətirə bilərəm.

- Çox yaxşı olar!

- Lalə xanım, olar bir sual verim?

- Əlbəttə, buyurun!

- Lalə xanım, siz nərd oynayırsınız?

- Nərd? Siz bunu hardan bilə bilərdiniz ki? Çox təəccübləndim. Mənim ayfonumda nərd oyunu var və vaxtım olanda kompüterlə nərd oynayıran. Tale nərdin zərləri kimidir, bilmirsən nə düşəcək?!

- Lalə xanım, siz mənimlə nərd oynayarsınız?

- Nərd? Sizinlə?

- Hə, mənimlə!

- Axı canlı nərd oynamamışam heç kimlə.

Azər istədi ona desin ki, mənimlə çox dəfə oynamısınız, amma yuxusu barədə susdu.

-İk dəfə mənimlə canlı oynamaq istəyərsinizmi?

- Mən düşünərəm, bu barədə…

Hümbət Həsənoğlu

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

“Nağıllar aləminə səyahət” layihəsinə yeni nağıl təqdim olundu +VİDEO

“Nağıllar aləminə səyahət” layihəsinə yeni nağıl təqdim olundu +VİDEO

John Doe 1 il əvvəl

BMA-da tələbələrin ifasında konsert keçirilib +FOTO=7

BMA-da tələbələrin ifasında konsert keçirilib +FOTO=7

John Doe 1 il əvvəl

Böyük rus dramaturqu A.N.Ostrovskinin 200 illik yubileyinə həsr olunmuş videoçarx hazırlandı +VİDEO

Böyük rus dramaturqu A.N.Ostrovskinin 200 illik yubileyinə həsr olunmuş videoçarx hazırlandı +VİDEO

John Doe 1 il əvvəl

BMA-da “Seçmə fənn: Bəstəkarlıq” fənni üzrə açıq dərsi keçirilib +FOTO=6

BMA-da “Seçmə fənn: Bəstəkarlıq” fənni üzrə açıq dərsi keçirilib +FOTO=6

John Doe 1 il əvvəl

Napoleonun papağı 1 milyona hərraca çıxarılacaq

Napoleonun papağı 1 milyona hərraca çıxarılacaq

John Doe 1 il əvvəl

“Zəfərin mübarək, Vətən!” adlı orqan musiqisi axşamı keçirilib +FOTO=5

“Zəfərin mübarək, Vətən!” adlı orqan musiqisi axşamı keçirilib +FOTO=5

John Doe 1 il əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

Naxçıvan Ordusunun ön xətt bölmələri qış mövsümünə tam hazırdır +VİDEO

Naxçıvan Ordusunun ön xətt bölmələri qış...

22 noyabr 2023 10:43:22
• İraq Prezidenti İçərişəhərdə +FOTO=9}

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

21 noyabr 2023 17:00:06
• Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı}

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçir...

21 noyabr 2023 12:59:11
• XİN-də Ermənistanın növbəti hərbi cinayət planları ilə bağlı brifinq keçirildi}

XİN-də Ermənistanın növbəti hərbi cinayət planları ilə bağlı...

20 noyabr 2023 22:58:49
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI

TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com