17 iyun 2025
• XƏBƏRLƏR ARXİVİ
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi

Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır

Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı

Ağdərə rayonu yenidən YARADILIR

Ağdərə rayonu yenidən YARADILIR

Psixotrop dərmanları almaq üçün saxta resept hazırlayan dəstə üzvləri tutulub +VİDEO

Psixotrop dərmanları almaq üçün saxta resept hazırlayan dəstə üzvləri tutulub +VİDEO

Narkotikin təsiri altında olan sürücü SAXLANILDI +VİDEO

Narkotikin təsiri altında olan sürücü SAXLANILDI +VİDEO

Saxta dollar satan dəstə üzvləri saxlanılıb +VİDEO

Saxta dollar satan dəstə üzvləri saxlanılıb +VİDEO

İnstitut direktoru prorektorun qətlini sifariş verdiyinə görə HƏBS EDİLDİ

İnstitut direktoru prorektorun qətlini sifariş verdiyinə görə HƏBS EDİLDİ

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

Heydər Əliyev və müstəqillik +FOTO=5

Heydər Əliyev və müstəqillik +FOTO=5

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

21-Cİ ƏSRİN 20 İLİ

21-Cİ ƏSRİN 20 İLİ

• Ordu-FHN
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Musiqi Şou Aləmi

1. Ana Səhifə
2. YADA DÜŞƏN XATİRƏLƏR
1. Ana Səhifə
2. Mədəniyyət
YADA DÜŞƏN XATİRƏLƏR Mədəniyyət

Gülnarə CƏMALƏDDİN: Ədəbiyyatımızda öz yeri və dəsti-xətti olan şair

2 il əvvəl 1403 01

ƏŞRƏF VEYSƏLLİ – 85

Hərdən dünyamızı bir anlıq ağsaqqallarsız,böyüklərsiz təsvir edəndə ruhuma qaranlıq çökür. Bu qoca dediyimiz dünya nadan uşağa bənzəyir...Qəribə bir hiss bürüyür duyğularımı...Dünyadan yaşlı insanlar köçdükcə elə bilirəm dünya yiyəsiz qalır, kimsəsiz qalır,  başsız qalır.  Son illərin COVİD- 19 bəlası həyatımıza girib həyatımızı cəhənnəmə çevirəndə anlayanlar Ulu Tanrının mətləblərindən az da olsa hali oldu. Olmayanlar özləri bilər. Dünya ağsaqqalların, ağbirçəklərin çiyni üstə qərar tutur. Gəlin, onları əziz tutaq! Onlarsız bu dünyanın nə dadı olar, nə də duzu...

O, əsl ağsaqqaldı, müdrik məsləhətləriylə, gözəl davranışıyla... Gözəl şairdi, gözəl insandı.Üzündə həmişə xoş bir təbəssüm olur. Kimsənin qəlbinə dəymir. Könül Kəbədir, Allah evidir...Heç kəsin könlünə dəyib, ruhunu incitmir. Özü kimi şeirləri də o qədər kövrək, o qədər durudu ki...Bu dünyayla xeyli vaxtdı yoldaşlıq edir... Sözün özündən başqa kimsədən umacağı yoxdur... Hər kəsə bir ilıq sözlə də olsa kömək eləməyə çalışır. Bilir bu dünyanın duracaq yer olmadığını bilir. Bir uşağın göz yaşına qoşulub hönkür-hönkür ağlaya bilər, bir nadanın sözündən cilik-cilik sına bilər. Çünki mayası sözlə yoğrulub. Ən vəfalı yarı sözdü,  ən böyük sərvəti yenə də sözdü.  Çünki ŞAİRDİR.
Mart ayında bu dəyərli ağsaqqalımız, ustad şairimiz,  sözüylə,  şeiriylə  sözün məkanında ŞAHLIQ edən  Əşrəf Veysəllinin  85-yaşı tamam oldu. Mübarəkdi, ədəbi camiəmizin sevimlisi,  əzizi Əşrəf müəllim.  Allah sizə uzun,  up-uzun ömür versin.  Dünya sizinlə çox  gözəldir!

Gülnarə CƏMALƏDDİN,
Azərbaycan Yazıçılar Birliyi Sumqayıt təşkilatının sədri

Bizim yaradıcı kollektiv də  bu gözəl və səmimi sözlərə qoşulur, tanınmış şair, Əməkdar mədəniyyət işçisi, Prezidentin Fərdi Təqaüdçüsü  Əşrəf  Veysəllinin bir neçə şeirini möhtərəm oxuyuculara təqdim edir:

Söz başa bir bəladır...
Hər sözü demək olmaz,
İndi baxan da yoxdur üzünə şeirlərin.
Bilirəm ki, söz də var-balnan da yemək olmaz,
Bir az zarafat qatdım gözünə şeirlərin.

ZARAFAT ŞAİRİYƏM
(“Novruz” zarafatları silsiləsindən)

Ərk eləsin dostlarım,
Dərk eləsin dostlarım,
Dərc eləsin dostlarım,
Mətbuat şairiyəm.

Qaçqın, köçkün, didərgin,
Yanındayam hər türkün.
Həm şəhidəm, həm sürgün,
Qazamat şairiyəm.

Xəyal olan yurdların,
O lal olan yurdların,
İşğal olan yurdların
Bir azad şairiyəm.

Əli Kərim qolunda,
UluTürkün yolunda,
Məmməd Araz dilində
Bəyanat şairiyəm.

Öyrəşmişəm dözümə,
Yuxu getməz gözümə.
İndi özüm özümə
Zəmanət şairiyəm.

Sinəm bir söz meydanı,
Daşlayıram şeytanı.
Qabilin,Zəlimxanın
Əmanət şairiyəm.

Nə acizəm, nə fərsiz,
Səfərdəyəm səfərsiz.
Mən xəbərdən xəbərsiz
Məlumat şairiyəm.

Qamətimi əyir qəm,
Ürəyimi yeyir qəm.
"Xalq şairi" deyiləm,
Camaat şairiyəm.

Dünyanıgörə-görə,
Su səpirəm güllərə.
Yaralı könüllərə
Mərhəmət şairiyəm.

Gəzirəm ağır-ağır,
Gözlərimdən dərd yağır.
Bu dünyanın ən fağır,
Farağat şairiyəm.

Nə sağlamam,nə xəstə,
Kim olar mən həvəsdə?
Yerdə,göydə,qəfəsdə
Muğamat şairiyəm.

Nə desəniz məndə var,
Harda belə bəndə var?
Nə dinsizəm,nə dindar,
Salavat şairiyəm.

Özümə seçib peşə,
İşə düşmüşəm, işə.
Lalə,nərgiz,bənövşə,
Qarağat şairiyəm.

Dağam,dağdan gəlmişəm,
Haqqam,haqdan gəlmişəm.
Qarabağdan gəlmişəm,
Xarabat şairiyəm.

Eşqimi yaza-yaza,
Qane olmuşam aza.
Durmasam da namaza,
İbadət şairiyəm.

Molla,keşiş senaqoq...
Bəndəsindən dini çox.
Mən dünyanın gözü tox,
Tolerant şairiyəm.

Hələ ayıq deyiləm,
Sizə layiq deyiləm.
Bu dünyalıq deyiləm,
KAİNAT ŞAİRİYƏM.

Azda çoxam, çoxda az,
Yazda qışam,qışda yaz.
Kainatın ən həssas,
Narahat şairiyəm.

El-obadan aralı,
Hər gün gözüm qaralır.
Min yerindən yaralı,
Salamat şairiyəm.

Şuşasına gəlincə,
Qanımdadır ölüncə.
Göygöl, Marxal, Əlincə...,
Batabat şairiyəm.

Yapılıb kündə-kündə,
Bişirəm gündə-gündə.
Allahımın önündə
Hesabat şairiyəm.

İnsana arzu təkin,
Gülüstana su təkin,
Gündəlik ruzi təkin,
Təlabat şairiyəm.

Bu dünyanı quran var,
Keşiyində duran var.
Sinəm üstə Quran var,
Tilavat şairiyəm.

Qurban olum, zühur et,
İstəyimi məqbul et.
Tanrım, məni qəbul et,
Zarafat şairiyəm.

ZARAFAT EYLƏYİRƏM

Fiqurlar da elə bil üzə dayanıb,üzə,
Gediş qaydalarını bir-bir yad eyləyirəm.
Ortalıqda şahmatdır... mən fələknən üz-üzə,
Görmədim ki,bir kərə onu mat eyləyirəm.

Əcinnələr içində hərdən cindar oluram,
Harda özüm yoxamsa mən orda var oluram.
Gah dinlərdən qaçıram, gah da dindar oluram,
Hədisləri toplayıb xurafat eyləyirəm.

Ömrün ağ günlərinə qara baxtnan gəlirəm,
Sıldırımlı yolları şirkor atnan gəlirəm.
İndi görüşlərə də zarafatnan gəlirəm,
Bağışlasın: kimi ki, narahat eyləyirəm.

Desəm ki,yaşamaqdan fayda yoxdur dünyada,
Fərri başlı qış da yox,yay da yoxdur dünyada.
Qanunlar çoxdan ölüb, qayda yoxdur dünyada!
Mənə fikir verməyin!-Zarafat eyləyirəm.

XƏBƏRİM YOX

Soruşursan: Ay, Əşrəf nə yerdədir işlərin?,
-İş içindən iş çıxıb, işimdən xəbərim yox.
Didərgin övladlarım bu dünyayla bir olmuş,
Birindən xəbərdaram, beşindən xəbərim yox.

Ömrümün qorxuları qorxulu vaxtdan keçib,
Qarşındakı bu qoca güllədən, oxdan keçib,
Qoynu barlı-bəhərli payızım çoxdan keçib,
Yaşım qışa qovuşub, qışımdan xəbərim yox.

Almaz xanım söyləyir: Ömrün oğlan çağıdır,
Elə şəstlə deyir ki, güya qız uşağıdır...
Mən qurub düzəldirəm, nəvələrim dağıdır,
İçimdən,bayırımdan, dışımdan xəbərim yox.
Qulağımda atamın nəsihəti, öyüdü,
Baxdım-balaca dünya gözlərimdə böyüdü.
Üyütməyə dən olsa dəyirmanım üyüdür,
Şaq vurub şaqqıldayan dişimdən xəbərim yox.

Təzə kəlmə, təzə söz köhnə dəbdən yaxşıdır,
Bir udum dağ havası yüz-yüz həbdən yaxşıdır.
Hər gün evdən qaçıram,eşik evdən yaxşıdır,
Yaşımı soruşursan?-Yaşımdan xəbərim yox.

Bağlansa da yollarım, sınsa da qanaqdlarım,
Türkəm!Seçə bilirəm doğmaları, yadları.
Altındayam sellərin, içindəyəm odların...
Ey,mənim söz dostlarım,mənəvi övladlarım,
Canım hələ babatdır,başımdan xəbərim yox.

QƏBULUNA  YAZILMIŞAM  ALLAHIN

Özü bilər,
Özü bilən yaxşıdır
Qışına da yaz deyirəm Allahın.
Bir balaca əyildimi işlərim,
Cəzasına döz deyirəm Allahın.

Hallaşıram halsız adamlarıynan,
Yollaşıram yolsuz adamlarıynan.
Görmürəm ki...,
Gözlərimin toruynan
Kitabını üzləyirəm Allahın.

Ayağına yıxılmışam haçandır,
Yaxasından asılmışam haçandır.
Qəbuluna yazılmışam haçandır,
Boş vaxtını gözləyirəm Allahın,
Xoş vaxtını gözləyirəm Allahın.

MƏN SƏNƏ NƏ KÖMƏK EDİM, İLAHİ

Gözümü açandan gəzirəm səni,
Başına döndüyüm,səsimə səs ver.
Dünyanın başına hava gələndən
Havam çatışmayır,mənə nəfəs ver.

Baş aça bilmirəm niyə doğuldu,
Niyə bu dünyaya gəldi o tifil.
Səni gəzə-gəzə seldə boğuldu,
Allah deyə-deyə öldü o tifil.

Əlçatmaz, ünyetməz göylərdə varsan,
Bəs niyə dükanda,bazarda yoxsan?!
Gözümü yumuram-hər yerdə varsan,
Gözümü açıram-heç harda yoxsan.

Səndən kömək gözlər, mərhəmət istər
Gəmisi dəryada batan cocuqlar.
Ana şəkli çəkib asfaltın üstə,
Qıvrılıb qoynunda yatan cocuqlar.

Üzür qan içində hər tərəf, hər yan,
Orda havanı da sıxsan, qan çıxar.
Əlini keşişin cibinə salsan,
Çıxanda mollanın cibindən çıxar...

Bu necə gərdişdir?,
Bu necə vərdiş,-
Gülləri açmamış solan dünyada.
Bu qədər senaqoq, bu qədər keşiş,
Bu qədər mollası olan dünyada.

Suda boğulurlar məsum uşaqlar,
Müqəddəs ocaqlar qan içindədir.
Ərəb şeyxləri kefdə-damağda,
Müslüm balaları gör nə gündədir.

Bəlkə dənniyində dən tükənibdir,
Köhnə dəyirmanda yeyir daş daşı.
Yoxsa damarında qan tükənibdir,
Qanına susayır qardaş qardaşın.

O qanlar mənim də canımdan axar,
Dünyanı can üstə görüb, sızlaram.
Halal süfrəmizin başında axı
Niyə yer vermişik bu qansızlara?!

Sönmüş ocaqlarda qor soraqlayıb,
Yanmış ağaclarda bar axtarırlar.
Yerdə yerimizi xaraba qoyub,
Göydə özlərinə yer axtarırlar.

Əyrini günaha yozan tərəzi
Axtarır öz çəki daşını məndə.
Elə pozulub ki, mizan -tərəzi,
Sən də itirmisən başını, mən də

Nədən ehtiyacın var sənin, Allah,
Gəlsin mələklərin desin, göndərim.
Adıma bir yardım mesajı yolla,
Bu az maaşımdan kəsim, göndərim.

Ərzin özü boyda ağrım- acım var,
Baş alım hayana gedim, İlahi.
Sən allah, de, nədən ehtiyacın var?,
Mən sənə nə kömək edim, İlahi?!...

Qarşıda nə qədər yoxuşlar durur
Hələ gəzdiklərim görünmür gözə
Sevgi – ömrümüzün noviqatoru,
O biri çatdırar mənzilimizə.

MƏN ONU BÖYÜDÜB ALLAH  EYLƏRƏM

Ağlımdı, huşumdu başımdan gedən,
Düşməyən nə var ki, məndə yerinə?
Sözü təndir kimi qızardıb hərdən,
Dərdimi yaparam kündə yerinə.
O bəxt dedikləri mənə yardısa,
Qoy gülsün üzümə əgər vardısa...
Gəzdiyi döşəmə nahamardısa,
Çəkim əllərimi rəndə yerinə.

Gecəli,gündüzlü, səhərli ömrüm,
Atlı, dəbilqəli,yəhərli ömrüm.
Salamat olmamış şəhərli ömrüm
Bəs haçan dönəcək kəndə?- yerinə.

Mən nə həşirdəyəm, o nə kefdədi,
Hər günüm yüz ildi, anım həftədi...
Hərəsi bir səmtdə,bir tərəfdədir,
Gəlməz əzalarım təndə yerinə.

Gündə neçə kərə günah eylərəm,
Sonra da oturub min ah eylərəm...
Mən onu böyüdüb Allah eylərəm,
O məni heç almaz bəndə yerinə.
15.08.2020-ci il

BAŞINDAN  EYLƏR

Sevmək- bu dünyada ən gözəl işdir,
O çox işçiləri işindən eylər.
Nazəndə bir qızın havalı eşqi
Sevən bir əsgəri qoşundan eylər.

Kim ki bu dünyaya gələr yarımçıq,
Ağlayar yarımçıq, gülər yarımçıq...
Açmasın heç kəsin gülü yarımçıq,
Adamı gül kimi qışından eylər.

Şirin nəğmələrlə dinərəm hər gün,
Yarın səcdəsinə enərəm hər gün.
Mən onun başına dönərəm hər gün,
O məni hər dəfə başından eylər.
19.08.2020-ci il

DƏRDİN  ANASINI...

Kim var məmləkətdə mənim günümdə?-
Alov püskürürəm, od oynadıram.
Mənəm ki bu qədər qəmin önündə,
Dərdin qabağında at oynadıram.

Baş-başa qaldıqca xeyir-şərimlə
Həsrətin yolunu bağladıram mən.
Dərdi başdan aşan sətirlərimlə
Dərdin anasını ağladıram mən.

VƏTƏN SEVGİSİ

Səhra könülləri bağa döndərən
Xəbər sevgisidir Vətən sevgisi.
“Lələtəpə”ləri dağa döndərən
Zəfər sevgisidir Vətən sevgisi.

Üzünə qələbə günəşi gülər,
Qəlblərə məhəbbət şəfəqi çilər.
Güllərdən boylanar,göylərdən gələr
Səhər sevgisidir Vətən sevgisi.

Halal süfrəmizdir bu Mil,bu Muğan,
Vətən-ər böyüdən,Ana-ər doğan!
İgid babaların bizə ərmağan
Özəl sevgisidir Vətən sevgisi.

Odur sevdamızın ruhuna qanad,
Bir dəmir qəfəsdir onsuz bu həyat.
Bu Göy-Göl, Maral Göl, Marxal, Batabat,
Xəzər sevgisidir Vətən sevgisi.

Baş olsun! -Çəkməsin başım çəkəni,
Torpağım çəkəni,daşım çəkəni.
Yazağzı “Sərsəng”dən daşıb güclənir,
Tərtər sevgisidir Vətən sevgisi.
Kor olsun bu günü görə bilməyən,
“Can”deyib canını verə bilməyən!...
Qisas almayınca qına girməyən
Xəncər sevgisidir Vətən sevgisi.

Onun hər tərəfi, hər yanı səngər,
Uçqunu, daşqını, yarğanı səngər,
Döşəyi səngərdir, yorğanı səngər,
Səngər sevgisidir Vətən sevgisi.

Özünü şəhidlik oduna atan,
Solduqca çoxalan, öldükcə artan,
Vətən bayrağına bükülüb yatan
Əsgər sevgisidir Vətən sevgisi.
04.09.2018-ci il

ŞƏHİDLƏR

Yerlər haylı- haraylı,
Göylər ulduzlu,aylı.
Yerlərin öz qanunu,
Göylərin öz qanunu.

Bu Vətən dedikləri
Əzəmətli saraydı.
Şəhidlər o sarayın
Ən möhtəşəm sütunu.

HEÇ  NƏ
Vətəndən Vətənə keçmək yasaqdır,
İstək yasaqlara quldusa... heç nə.
Yolları ot bassa dərd basacaqdır,
Yollar gedilməyən yoldusa... heç nə.

Biz ona can versək can çəkə- çəkə
Bizdən ayrı düşməz qorxu ,təhlükə...
Həsrət dedikləri o qara ləkə
Xalqın ürəyində xaldısa... heç nə.

Saf eşqə əbədi könül verəndə
Könül də gözəldir, könül verən də...
Dünyanın özü də haqqı görəndə
Kordusa, kardısa, laldısa... heç nə.

Gör hələ qarşıda nə qədər iş var-
Qış var, qasırğa var, qar var, yağış var...
Laqeydlik adlanan bir qara quş var,-
Şığıyıb üstünü aldısa... heç nə.

Həsrətli bir ömrün ahıl çağında
Mənası olmurmuş yaşamağın da.
Hikmət bağçasında, sənət bağında
Qeyrət meyvələri kaldısa... heç nə.

Tanrıdan kömək yox, bəndədən haray,
Çəkil öz hücrənə, saydığını say...
İnam çeşmələri batdısa, - Vay!, Vay!,
Ümid çiçəkəri soldisa...heç nə.

Dərdə dözə- dözə ürək fil olur,
Qönçə arzuları yanıb küı olur...
Zarafat- zarafat!- 30 il olur,
Qisas qiyamətə qaldısa... heç nə.

Başında qovğalar gəzən şairin,
Dözülməz dərdlərə dözən şairin,
Dişləri dilini kəsən şairin
Çənəsi deyingən oldusa,.. heç nə.
23 sentyabr, 2019- cu il

SEVƏNLƏR,.. SEVMƏYƏNLƏR
Deyirlər: hər işin başlanğıcı var,
Deyirlər: heç nəyin axırı yoxdur...
Məni sevməyənlər nə bədbəxdilər,
Məni sevənlərin ağılı yoxdur...

Ağladıb, üzümə gülsələr belə,
Bir təmiz, bir şəffaf ad içndəyəm.
Gözümün odunu alsalar belə,
Baxsan görərsən ki, od içindəyəm.

Bir nəğmə oxuyar bu dilsz sükut,
Yurdumdan,yuvamdan qoparar məni.
Bu inadlı külək, qanadlı buıud
Qatıb qabağına aparar məni.

Hər bahar əlimdən almaz qışımı,
Bir solmuş yarpaq da ağladar məni.
Yüz yaşlı qoca da tovlar başımı,
Dünənki uşaq da aldadar məni.

" Can" deyib,
Qanıma qəltan eyləyib,
Sonda qoltuğuma şələ verərlər.
Küsdürə- küsdürə yoldan eyləyib,
Güldürə- güldürə yola verərlər...

Bilirəm: hər işin başlanğıcı var,
Bilirəm: heç nəyin axırı yoxdur.
Məni sevməyənlər nə bədbəxtdilər,
Məni sevənlərin ağılı yoxdur...
06.10.2019-cu il

ALLAH – ALLAH

Bu torpağın suyunda, odunda gizlənmişəm,
Çiçəyində, gülündə, otunda gizlənmişəm.
Bir ömürdü - dilimin altında gizlənmişəm,
Çıxart məni dilimin altından, Allah! Allah!

İçim də pis gündədi, çölüm də pis gündədi,
Bu dözdüyüm məşəqqət, zülüm də pis gündədi.
Elə yandırıblar ki, külüm də pis gündədi,
Qorxum yoxdu məşhərin odundan, Allah! Allah!

Züy tutanlar çoxalıb, züyçüyə züy tuturlar,
Vaya da toy tuturlar, toya da vay tuturlar.
"Öldüm" deyən kəslərə ölümdən pay tuturlar,
Qoyma haqqı düşməyə taxtından, Allah! Allah!

Burdan bağlayan əllər, ordan açar -deyirlər,
Zülmət gələn tərəfdən nur da saçar -deyirlər.
Min dərdin min bir dənə dərmanı var - deyirlər
Dərmanımız çıxmasın yadından, Allah! Allah!

ALLAHIN  ŞEİRİ

Nəğmə tək səsləndi könül tarımda,
Səhər tək üzümə güldü bu şerin.
Qan kimi kükrədı damarlarımda,
Ruh kimi cismimə doldu bu şerin.

Bu fağır dərdimin,
sağır dərdimin
Naləsi göylərə çixır dərdimin.
Çarəsi tapılmaz ağır dərdimin
Boynuna dolanan qoldu bu şerin.

Kimin ki bəsirət gözləri kordu,
Ona bu işıqlı dünya da gordu.
Tanrıdan bəndəyə şölədi,nurdu,
Bəndədən tanrıya yoldu bu şerin.

Taleh əllərimdən alıb yarımı,
Anbaan artırır qayğlarımı.
Məcnuna döndərib duyğularımı,
Məni səhralara saldı bu şerin.

Gövhərim,almazım çıxdı əlimdən,
Qalanım,qalmazım çıxdı əlimdən.
Olanım- olmazım çıxdı əlmdən,
Ağlımı başımdan aldı bu şerin.

Dərdi dərdlərimə dayaq yazmısan,
Qalıb sübhə kimi oyaq, yazmısan.
Tanrım! Qurban olum,nə vaxt yazmısan,-
Dadı damağəmda qaldı bu şerin.

YERİNƏ  DÜŞMƏYƏN  SÖZ

Çiçək Tanrınındır, xəzəl Tanrının,
Olurmu- yaz gəlsin, xəzan gəlməsin?
Özəl dərgisində gözəl Tanrının
Sənə dərc olunmaq asan gəlməsin.

Onun bir işi də görk eyləməkdir,
Bu işlər qeybindən gəlir ona da.
Çətini Tanrını dərk eyləməkdir,
Sonra ərk eyləmək olur ona da.

Hay verməz nə qədər haraylasam da,
Bir az da səbr edəm, dözəm bəlkə mən.
Onun dünya adlı gəraylısında
Yerinə düşməyən sözəm bəlkə mən.

Yoxammı tanrının nəzərlərində,
Heç mənim üstümdə göz olmur,olmur.
Yox, şair, Tanrının əsərlərində
Yerinə düşməyən söz olmur, olmur!

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

“Nağıllar aləminə səyahət” layihəsinə yeni nağıl təqdim olundu +VİDEO

“Nağıllar aləminə səyahət” layihəsinə yeni nağıl təqdim olundu +VİDEO

John Doe 1 il əvvəl

BMA-da tələbələrin ifasında konsert keçirilib +FOTO=7

BMA-da tələbələrin ifasında konsert keçirilib +FOTO=7

John Doe 1 il əvvəl

Böyük rus dramaturqu A.N.Ostrovskinin 200 illik yubileyinə həsr olunmuş videoçarx hazırlandı +VİDEO

Böyük rus dramaturqu A.N.Ostrovskinin 200 illik yubileyinə həsr olunmuş videoçarx hazırlandı +VİDEO

John Doe 1 il əvvəl

BMA-da “Seçmə fənn: Bəstəkarlıq” fənni üzrə açıq dərsi keçirilib +FOTO=6

BMA-da “Seçmə fənn: Bəstəkarlıq” fənni üzrə açıq dərsi keçirilib +FOTO=6

John Doe 1 il əvvəl

Napoleonun papağı 1 milyona hərraca çıxarılacaq

Napoleonun papağı 1 milyona hərraca çıxarılacaq

John Doe 1 il əvvəl

“Zəfərin mübarək, Vətən!” adlı orqan musiqisi axşamı keçirilib +FOTO=5

“Zəfərin mübarək, Vətən!” adlı orqan musiqisi axşamı keçirilib +FOTO=5

John Doe 1 il əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

Naxçıvan Ordusunun ön xətt bölmələri qış mövsümünə tam hazırdır +VİDEO

Naxçıvan Ordusunun ön xətt bölmələri qış...

22 noyabr 2023 10:43:22
• İraq Prezidenti İçərişəhərdə +FOTO=9}

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

21 noyabr 2023 17:00:06
• Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı}

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçir...

21 noyabr 2023 12:59:11
• XİN-də Ermənistanın növbəti hərbi cinayət planları ilə bağlı brifinq keçirildi}

XİN-də Ermənistanın növbəti hərbi cinayət planları ilə bağlı...

20 noyabr 2023 22:58:49
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI

TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com