Ötən gecə paytaxtda qalanan ilaxır çərşənbə tonqalları ağacların yanmasına səbəb olub.
Hadisə Binəqədi rayonu, 2-ci mikrorayon, 20 yanvar küçəsində baş verib.
Yanğınla bağlı Fövqəladə Hallar Nazirliyi ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirildi ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, 2-ci mikrorayon, 20 yanvar küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri yanğın baş verdiyi ünvana cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yaşayış binasının həytində vətəndaşlar tərəfindən tonqal qalanması səbəbindən yanğının yaxınlıqdakı 2 şam ağacına keçdiyi müəyyən edilib.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğının digər ağaclara və geniş əraziyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülməsi təmin olunub.
( Sosial şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır )
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.